"Yuventus"da braziliyalı müdafiəçi

"Yuventus"da braziliyalı müdafiəçi
DÜNYA FUTBOLU 29 Yanvar 2024 / 20:57 1751
-  A +

"Palmeyras"ın gənclər komandasının mərkəz müdafiəçisi Pedro Felipe tezliklə "Yuventus"un futbolçusu olacaq. 

QOL.az xəbər verir ki, bu barədə  jurnalist Fabrizio Romano özünün sosial şəbəkə hesabında məlumat verib.  19 yaşlı futbolçu 6 aylıq icarə əsasında Turin klubuna keçəcək. "Yuventus" Felipeni 2 milyon avroya almaq hüququna malik olacaq.

Gənc braziliyalı müdafiəçi tibbi müayinədən keçmək üçün Turinə gedəcək və yanvarın 30-da müqavilə imzalayacaq.

Daha çox


Son xəbərlər