Terimlə Luçeskunun oğlu arasında qarşıdurma

Terimlə Luçeskunun oğlu arasında qarşıdurma
DÜNYA FUTBOLU 29 Yanvar 2024 / 13:00 7028
-  A +

"Panatinaikos"un baş məşqçisi Fatih Terimlə PAOK-un çalışdırıcısı Razvan Luçesku arasında gərginlik yaşanıb.

QOL.az xəbər verir ki, insident çempionluq uğrunda mübarizə aparan komandaların Yunanıstan Superliqasının 20-ci turunun qarşılaşmasında baş verib.

Matçın 56-cı dəqiqəsində PAOK hesabı 2:1 öz xeyrinə dəyişərkən komandaların ehtiyat oyunçuları və baş məşqçiləri arasında qarşıdurma yaranıb. Polis müdaxilə edərək tərəfləri səkitləşdirib.

Məşhur rumıniyalı mütəxəssis Mirça Luçeskunun oğlu olan Razvan Luçeskunun çalışdırdığı PAOK 2:1 hesablı qələbədən sonra 47 xalla lider, "Panatinaikos" isə 44 xalla 3-cüdür.


Qarabağ FK
Son xəbərlər
27.10.26  10:27

30 il sonra...

27.10.26  02:13

PSJ ilin klubu seçildi

topaz banner