Ramos Messini qabaqladı

Ramos Messini qabaqladı
DÜNYA FUTBOLU 29 Yanvar 2024 / 10:35 2029
-  A +

"Sevilya"nın futbolçusu Serxio Ramos La Liqada oyun sayına görə "Barselona"nın sabiq hücumçusu Lionel Messini ötüb.

QOL.az xəbər verir ki, Ramos La Liqanın 22-ci turunda "Osasuna" ilə matçda (1:1) iştirak edərək buna nail olub. La Liqada 521-ci matçına çıxan müdafiəçi Messini (520) arxada qoyub.

La Liqada oyun sayına görə rekordçular isə Andoni Subisarreta və Xoakin Sançesdir (hər ikisi 622 oyun).

Qeyd edək ki, Serxio Ramos İspaniyada daha çox "Real"da çıxış edib. O, Madrid klubunda ümumilikdə 469 oyun keçirib.

Daha çox


Son xəbərlər