Türkiyəli futbolçu "Mançester Yunayted"də debüt etdi

Türkiyəli futbolçu "Mançester Yunayted"də debüt etdi
DÜNYA FUTBOLU 28 Yanvar 2024 / 22:38 5216
-  A +

Türkiyə millisinin qapıçısı Altay Bayındır “Mançester Yunayted”də rəsmi debüt edib.

QOL.az xəbər verir ki, o, İngiltərə kubokunun 1/16 finalında “Nyuport Kaunti”yə qarşı matçın start heyətində meydana çıxıb və sona qədər oynayıb. 

A.Bayındır "Mançester Yunayted"də meydana çıxan ilk türkiyəli oyunçu olub.

Qarşılaşma Mançester klubunun 4:2 hesablı qələbəsi ilə başa çatıb.

“Nyuport Kaunti” - "Manester Yunayted" - 2:4

Qollar: Fernandeş, 7 (0:1), Maynoo, 13 (0:2), Morris, (1:2), Evans, 47 (2:2), Antoni, 68 (2:3), Haylund, 90+4 (2:4)

"Mançester Yunayted" bu qələbə ilə 1/8 finala yüksəlib.

Daha çox


Son xəbərlər