Duqlas Kostanın yeni klubu bilindi

Duqlas Kostanın yeni klubu bilindi
DÜNYA FUTBOLU 28 Yanvar 2024 / 21:17 4568
-  A +

Braziliya milli komandasının sabiq üzvü Duqlas Kostanın yeni klubu məlum olub.

QOL.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək.

O, "Fluminense"yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kosta Türkiyənin "Samsunspor" klubu ilə də danışıq aparırdı. Ancaq son anda tərəflər arasında razılıq əldə olunmayıb.

Qeyd edək ki, son olaraq "Los-Anceles Qalaksi"də çıxış edən Duqlas Kosta "Şaxtyor", "Bavariya" və "Yuventus"da da oynayıb.

Daha çox


Son xəbərlər