Nemanya Matiç klubunu dəyişdi

Nemanya Matiç klubunu dəyişdi
DÜNYA FUTBOLU 25 Yanvar 2024 / 20:26 3136
-  A +

Serbiya millisinin sabiq üzvü Nemanya Matiç klubunu dəyişib.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

O, 36 yaşlı futbolçunun "Lion"a keçdiyini bildirib. Yarımmüdafiəçi Fransa klubu ilə 2026-cı ilin iyununa qədər müqavilə imzalayacaq.

Qeyd edək ki, son olaraq "Renn"də (Fransa) çıxış edən Matiç "Çelsi", "Mançester Yunayted", "Roma"da da oynayıb. Onun "Beşiktaş"la da danışıq apardığı haqda xəbərlər yayılmışdı.

Daha çox


Son xəbərlər