Millinin baş məşqçisi istefa verdi

Millinin baş məşqçisi istefa verdi
DÜNYA FUTBOLU 25 Yanvar 2024 / 11:49 1816
-  A +

Tunis millisinin baş məşqçisi  Cəlel Qədri istefa verib.

QOL.az xəbər verir ki, o, komandanın Afrika kubokunda pley-offa yüksələ bilməməsindən sonra bu addımı atıb.  Ötən gün Tunis yığması Cənubi Afrika yığması ilə heç-heçə edib (0:0). Görüşdən sonra keçirilən mətbuat konfransında mütəxəssis millidən ayrıldığını açıqlayıb.

Tunis millisi E qrupunda Mali, Cənubi Afrika və Namibiyadan sonra sonuncu yerdə qərarlaşaraq turnirin pley-off mərhələsinə yüksələ bilməyib. Komanda üç oyunda iki xal toplayıb.

Daha çox


Son xəbərlər