Terim "Panatinaikos"la ilk dəfə uduzdu

Terim "Panatinaikos"la ilk dəfə uduzdu
DÜNYA FUTBOLU 25 Yanvar 2024 / 09:00 4017
-  A +

Yunanıstan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilir.

QOL.az xəbər verir ki, Farih Terimin baş məşqçisi olduğu “Panatinaikos” evdə "Atromitos"la qarşılaşıb. Matç qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Panatinaikos" - "Atromitos" - 1:2
Qollar
:Kantalaiedra, 11 (1:0), Angielski, 25 (1:1), Jubitana, 42 (1:2)

Beləliklə, F.Terimin rəhbərliyi altında Yunanıstan təmsilçi ilk dəfə  məğlub olub.

Bu komandalar arasında cavab görüşü yanvarın 31-i keçiriləcək. 

Qeyd edək ki, F.Terim ötən il dekabrın 26-da "Panatinaikos"un baş məşqçisi təyin olunub.  Onun rəhbərliyi altında komanda 8 oyuna çıxıb, 5 qələbə qazanıb, 2 heç-heçə edib, 1 dəfə uduzub.

Daha çox


Son xəbərlər