"Fənərbaxça" 90+4-cü dəqiqə qolu ilə qalib gəldi

"Fənərbaxça" 90+4-cü dəqiqə qolu ilə qalib gəldi
DÜNYA FUTBOLU 25 Yanvar 2024 / 01:20 2944
-  A +

Türkiyə Super Liqasında 22-ci turun oyunları davam edir.

QOL.az xəbər verir ki, növbəti oyun günündə 4 görüş keçirilib.

“Qaziantep” – “Konyaspor” matçında qalib müəyyənləşməyib. “Ankaragücü” “Fatih Karagümrük”ü, “Antalyaspor” “Sivasspor”u məğlub yola salıb. “Başakşəhər”in qonağı olan “Fənərbaxça” qələbə qazamıb.

 

24 yanvar

"Ankaragücü" – "Fatih Karagümrük" - 2:0
Qollar
: A.Güneren, 24. Maçeda, 61.

"Qaziantep" – "Konyaspor" - 1:1
Qollar:
M.Mert, 31-öz qapısına – Moreno, 42.

"Antalyaspor" – "Sivasspor" - 2:1
Qollar
: Buksa, 28-pen. Sariç, 45+3 – Koyta, 13.

"Başakşəhər" – "Fənərbaxça" - 0:1
Qol:
Batşuayi, 90+4-pen.

Turnir cədvəlinə 57 xalla "Fənərbaxça" başçılıq edir. Bir oyun az keçirən "Qalatasaray" 54 xalla 2-ci, "Trabzonspor" 37 xalla 3-cüdür.

Daha çox


Son xəbərlər