“İlk növbədə Azərbaycan xalqına 34 il əvvəl baş vermiş faciə ilə (20 Yanvar nəzərdə tutulur - red.) bağlı başsağlığı vermək istərdim. Oyuna gəldikdə isə düşünürəm ki, biz bu gün pis oynamadıq”.
QOL.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Misli Premyer Liqasının 19-cu turunda səfərdə “Sabah”la 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra deyib.
Monteneqrolu mütəxəssis nəticəni ədalətli hesab etdiyini bildirib: “Oyuna yaxşı başladıq. İlk hissədə fərqlənmək üçün şanslarımız var idi. Eyni ilə rəqibin də imkanları oldu. İkinci hissə də dinamik oyuna şahidlik etdik. Hər iki tərəf fərqlənə bilərdi. Ona görə də düşünürəm ki, bu gün heç-heçə ən ədalətli nəticədir”.
O, “Neftçi”də oyun planında nələri dəyişmək istədiyi barədə sualı belə cavablandırıb: “Nəyisə dəyişmək üçün çox vaxtımız olmayıb. Düşünürəm ki, biz daha çox təzyiq etməliyik. Eləcə də işə daha ciddi yanaşmalıyıq”.
Bojoviç bildirib ki, bütün futbolçuları sərəncamında olandan sonra hazırkı heyət qarşıya qoyulan hədəflərə çatmaq üçün kifayət edəcək: “Biz artıq 2 yeni transfer reallaşdırmışıq. Onlar komandaya yeni qoşulublar. Eləcə də heyətdə zədəli futbolçularımız var. Həm yeni gələnlər, həm də zədəlilər sıraya qoşulduqdan sonra bu heyət qarşıya qoyulan hədəfə çatmaq üçün kifayət edəcək”.
“Neftçi”nin çalışdırıcısı fiziki durumu yaxşılaşdırmaq üçün vaxta ehtiyac duyduqlarını söyləyib: “Fiziki durumu asanlıqla dəyişmək olmur. Bizim vaxta ehtiyacımız var. Lakin düşünürəm ki, bu cür mübarizə əzmi nümayiş etdirsək, vəziyyət əvvəlkindən daha yaxşı olacaq. Bu gün hansısa futbolçunun oyuna biganə yanaşdığını görmədim. Hamı nəticə qazanmaq üçün çalışırdı”.
Miodraq Bojoviç Rusiyada çalışdığı illərdə “Sabah”ın hazırkı baş məşqçisi Murad Musayevlə duellərdən məğlub ayrılmasına belə münasibət bildirib: “Burda yox, amma Rusiyada onun komandası daha yaxşı idi (gülür). Murad Musayev yaxşı məşqçidir. Ona böyük hörmətim var”.
Sonda Bojoviç rəqib futbolçu Ayaz Quliyevlə matçdan sonra söhbətləşməsinə də toxunub: “Ayaz Tula “Arsenal”ında mənimlə birgə çalışıb. Onunla çox yaxşı əlaqəmiz var. Salamlaşdıq, qısaca söhbətləşdik”.
"Fənərbaxça"dan qələbə
Lemina daha 2 il "Qaralatasaray"da
"Razıyam, bəxtimiz gətirdi" - "KuPS"un baş məşqçisi
“Sabah” "KuPS"a qalib gəldi
SSKA "Qarabağ"la Bakıdakı oyunda azarkeşsiz qalacaq
Erməni güləşçilər Bakıya gələcək
"Neftçi"nin səviyyəsi yüksəkdir" - "Dinamo"nun baş məşqçisi
Tanınmış hakim karyerasını bitirdi
"Sabah" - "KuPS": Heyətlər
Azərbaycan millisinin oyunlarının təqvimi açıqlandı
"Bavariya" onunla müqaviləni uzatdı
"Yuventus"un yeni formaları - Şəkillər
"Zirə" "Göztepe"nin sabiq futbolçusunu aldı
AFFA-nın stadionunun yeni ot örtüyü - Şəkillər
Emin Mahmudov: "90 illiyimizə görə böyük motivasiyamız var"
"İmişli"də latviyalı mütəxəssis
"Şəfa" yeni transferini açıqladı
Zidan Fransa millisinin baş məşqçisi təyin olundu
"İmişli" 5 qolla qalib gəldi
“Sabahın Ulduzları”: Sabahdan daha uzağa uzanan yol
"Qəbələ"də nigeriyalı futbolçu
"Azərbaycan futbolunun inkişafı yalnız AFFA-nın işi deyil" - AFFA-nın texniki direktoru
“Qarabağ”ın iştirak ərizəsi - Heyətdə dəyişiklik var
"Turan Tovuz" "Monpelye"nin yetirməsini transfer etdi