4 milli komanda Bakıda yarışacaq - FİFA-dan yeni turnir

4 milli komanda Bakıda yarışacaq - FİFA-dan yeni turnir
ÖLKƏ FUTBOLU 12 Yanvar 2024 / 09:30 7726
-  A +

FİFA “FİFA seriyası" adlanan yeni layihəyə start verir. 

QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, yeni layihəyə əsasən, FİFA təqvimində olan rəsmi yoldaşlıq oyunlarının əvəzinə fərqli konfederasiyalardan A milli komandaların iştirakı ilə mini turnir təşkil olunacaq.

Müxtəlif qitələrdə mini turnir formatında təşkil olunacaq və dörd komandanın qatılacağı ilk belə yarışlardan birinin mart ayında Bakıda keçirilməsi nəzərdə tutulub. Avropadan Azərbaycanla yanaşı Bolqarıstan, Afrikadan Tanzaniya, Asiya qitəsindən isə Monqolustan milli komandaları turnirdə mübarizə aparacaqlar. 

İlk dəfə təşkil olunacaq turnir barədə ətraflı məlumatın (təqvim, püşk, stadionlar və s.) daha sonra veriləcəyi bildirilib.

AFFA FIFA-nın yeni layihəsini dəstəklədiyini və təşkilati işləri yüksək səviyyədə həyata keçirəcəyini bildirib.

Daha çox


Son xəbərlər
topaz banner