"Turan Tovuz"un futbolçusu Türkiyə klubuna keçir - Rəsmi

"Turan Tovuz"un  futbolçusu Türkiyə klubuna keçir - Rəsmi
ÖLKƏ FUTBOLU 11 Yanvar 2024 / 21:38 4998
-  A +

"Turan Tovuz"la futbolçusu Sertan Taşkın arasında bağlanan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Azərbaycanın U-21 və əsas millisində çıxış etmiş 26 yaşlı müdafiəçi karyerasını Tükiyənin 1-ci liqasında çıxış edən "Manisa" klubunda davam etdirəcək. 

Qeyd edək ki, Sertan Taşkın “Turan Tovuz”a mövsümün əvvəlində “Zirə”dən transfer olunmuşdu.


Dünya Çempionatı 2026
Son xəbərlər
19.06.26  17:22

"Barselona" peşmandır

topaz banner