"Sabah" Murad Musayevə yeni müqavilə təklif edib

"Sabah" Murad Musayevə yeni müqavilə təklif edib
ÖLKƏ FUTBOLU 9 Yanvar 2024 / 21:45 3247
-  A +

"Sabah" baş məşqçisi Murad Musayevə yeni müqavilə təklif edib.

QOL.az sport24.az saytına istinadən xəbər verir ki, bunu rusiyalı mütəxəssis Antalya toplanış çərçivəsində bu gün "Rapid"lə keçirilən yoxlama oyunundan (2:1) sonra açıqlamasında deyib.

Musayev klub rəhbərliyinin ona yeni sözləşmə təklif etdiyini və hazırda bunun müzakirə edildiyini bildirib.

Qeyd edək ki, Murad Musayevin "Sabah"la hazırkı müqaviləsi bu mövsümün sonuna qədərdir. O, 2021-ci ilin oktyabırından paytaxt təmsilçisini çalışdırır.

Daha çox


Son xəbərlər
topaz banner