"Neftçi" Antalyada təlim-məşq toplanışını davam etdirir.
QOL.az xəbər verir ki, "ağ-qaralar" "Neftçi" yanvarın 6-da ilk yoxlama oyununa çıxıb. Türkiyənin 1-ci liqa təmsilçisi "Erzurumspor" klubu ilə görüşdə "Neftçi" 1:3 hesabı ilə uduzub.
Bakı təmsilçisinin yeni baş məşqçisi Miodraq Bojoviç bu oyun və hazırlığın gedişatı barədə jurnalistlərin suallarını cavablandırıb.
Klubun mətbuat xidmətini jurnalistlərlə söhbətin mətnini yayıb.
- “Neftçi”dəki ilk günləriniz və oyun haqda fikirlәrinizi bölüşәrdiniz...
- Bakıda bir gün olmuşam, o da “Kəpəz”lə matçda. Həm şəhəri, həm oyunu bəyəndim. Çünki həmin matçda "Neftçi" qələbə qazandı. Üç gündür buradayam (Antalyada). Hələ çox şey deyə bilmərəm. Gördüyüm odur ki, komandanın keyfiyyəti var. Oyuna gəlincə, ilk hissə kifayət qədər yaxşı oyun nümayiş etdirdik. Çoxlu epizodlar yaratdıq, hansı ki, qola çevirə bilmədik. Oyunçuların çoxu istirahətdən gəlib və heç də yaxşı formada deyillər. Ona görə hər birinə bir hissə şans verməyi düşündüm. İkinci hissədə avtomatik olaraq eniş oldu və beləcə üç qol buraxdıq.
- Təqdimatınızda demişdiniz ki, qarşıya qoyulan minimum hədəf 2-ci yer və kubokdur. Artıq komanda ilə tanışsınız. Komandanın bu hədəflərə çatmaq potensialı var?
- Ümumi götürsək, bəli, qarşıya qoyulan məqsədlərə çatmaq üçün hazır komanda var. Düşünürəm, iki oyunçu lazımdır ki, komandanı daha gücləndirsin. Yəqin, gördünüz, bu gün də oyunda futbolçu çatışmazlığı var idi.
- Bu iki oyunçunu hansı mövqe üçün istəyirsiniz?
- Çox güman ki, hücum mövqeyi üçün.
- Yanılmıramsa, komandanın ən hündürboylu şəxsisi sizsiniz. Komanda yuxarıdan aşağı necə görünür?
- Birinci hissə çox yaxşı gördüm. İkinci isə yaxşı görə bilmədim, çünki özümün də boyum balacalaşmışdı (gülür).
- Daha əvvəl "Srvena Zvezda" ilə çempionluq arzunuz var idi və bunu reallaşdırdınız. Maraqlıdır, hazırda "Neftçi"dəsiniz və bu komanda ilə belə arzunuz varmı?
- Əlbəttə, bilirəm ki, "Neftçi" buna qədər 9 dəfə Azərbaycan çempionu olub. Serbiyada "Srvena Zvezda" necə xalqın komandasıdırsa, "Neftçi" də Azərbaycanda belədir. İstəyərəm ki, "Neftçi" ilə çempion olan məşqçilərdən olum.
- Çempionatda ilk oyununuzu Murad Musayevin "Sabah"ına qarşı keçirəcəksiniz…
- Musayevi çox yaxşı tanıyıram. Mən Rusiyada işləyəndə o da "Krasnodar"a rəhbərlik edirdi. Çox yaxşı məşqçidir. Onların son oyununa baxmışam, "Qəbələ"yə məğlub olmuşdular. Amma desəm ki, baxdım və hər şeyi bildim, yox, elә deyil. Məşqçilər heyəti ilə bərabər onların çox oyununa baxıb, yaxından tanış olacağıq. Hər halda, əsas odur ki, bizim komanda, heyət yaxşı olsun.
- İki yeni transfer planlaşdırdığınızı dediniz. Bəs neçə oyunçu gedəcək?
- Bunu demək çox tezdir. Əlbəttə, gedənlər olacaq. Amma hazırda ad, soyad çəkmək istəmirəm.
- Bildiyimə görə, Yeqor Beqomolskini "Zirə" istəyir. Onunla bağlı qərar vermisiniz?
- Bəli, düşünürəm ki, Yeqor çox istedadlı oyunçudur. Gəncdir, bizdə belə oyunçulara ehtiyac var, hansı ki, inkişaf edə bilərlər. Bu gün də çox yaxşı oyun göstərdi. Bir neçə qol şansı oldu, amma təcrübə çatışmazlığına görə dəyərləndirə bilmədi.
- O, komandada qalacaq, ya gedəcək?
- Qalacaq.
- Yerli, yoxsa əcnəbi oyunçuların hazırlığından razısınız? Ümumiyyətlə, yerli oyunçular haqda fikirləriniz nədir?
- İlk hissədə həm yerli, həm əcnəbi oyunçular özlərini yaxşı göstərdilər. Oyunboyu futbolçuları yerli və legioner olaraq ayırmıram. Eddini qeyd edərəm, yaxşı oyun nümayiş etdirdi. Qapıçı Rza Cəfərovu da vurğulayardım. Emin Mahmudov çox yaxşı qol ötürməsi verdi. Çoxlu oyunçular var ki, özlərini yaxşı tərəfdən göstərə bildilər. Təəssüf ki, bütün oyuna dözəcək gücləri yox idi.
- Vikipediyanızda xüsusi maraqlı məqamlar qeyd olunub. Bir də öz xüsusi zarafatlarınızla seçilirsiz. Maraqlıdır, üç gün ərzində "Neftçi" futbolçularının yumor hissini yoxlaya bilmisinizmi?
- Futbolçularla hər zaman həmsöhbət olmağı sevirəm. İstəyirəm ki, hər oyunçuya eyni yanaşım. Oynayana da, oynamayana da. Bəzən zarafat etmək futbolçulara, komandadaxili atmosferə yaxşı təsir edir. Ancaq o demək deyil ki, hər gün zarafat edirik.
- Rusiyada daha çox güc futboluna üstünlük verilir. Siz də bu oyun üslubunu sevirsiniz. "Neftçi" bu baxımdan necә olacaq?
- Çalışacağıq ki, çempionatda "bir nömrə" - hücum futbolu oynayaq. Əlbəttə, istəyirəm ki, komandamız Premyer Liqada dominant futbol oynasın və bunun üzərində işləyəcəyik.
- Hәmişә jurnalistlәr sizә sual verib. İndi mikrofonu sizә versәk, bizә nә sualınız olardı?
- Jurnalistlərlə münasibətim hәmişә yaxşı olub. Bunu öz işimin bir hissəsi kimi qəbul edirəm. Hər zaman bütün suallara cavab verməyə hazıram. Futbola, "Neftçi"yə aid nə sualınız varsa, mənə ünvanlaya bilərsiz. İstər qələbə qazanaq, istər məğlub olaq, istər heç-heçə edək - istәnilәn suala açığam.
- İstədiniz, ya istəmədiniz Premyer Liqa oyunlarında sələfiniz Adrian Mutu ilə müqayisə olunacaqsınız. Buna hazırsınız?
- Əlbəttə, müqayisəli suallara da cavab verә bilәrәm. Əvvəl o işləyib, indi mən. Sualları qəbul etməyə hazıram. Jurnalistlərin, azarkeşlərin bizi müqayisə etməyi normaldır.
- Ümumiyyətlə, "Neftçi"dәn tәklif necә gәldi?
- Menecerim vasitəsilə təklif aldım. "Neftçi" hər zaman yuxarı pillələri hәdәflәyir. Ona görə çox düşünmədim.
- Əvvəlki iş yerlərinizdə emosional biri kimi tanınmısınız. Amma indi məşqlərdə daha sakit görünürsünüz.
- Yaş da öz sözünü deyir (gülür).
- Sosial şəbəkələrə baxsaq, "Neftçi" azarkeşləri sizin təyinata nikbin yanaşmırlar. Onlara sözünüz nədir?
- Bir az gözləsinlər...
Musiala rekordçu oldu
Azərbaycan millisindən möhtəşəm qol - Video
"Qalatasaray" səfərdə məğlub oldu
"Ronaldo ilə eyni klubda oynamaq istəyərdim"
"Bavariya"nın futbolçusu sıradan çıxdı
Fofana meydan qovuldu, "Çelsi"nin antirekordu yeniləndi
Abubakar dubl etdi, "ağlar" qalib gəldi
Beş ildən sonra ilk qolunu vurdu
Qollarının ardı-arası kəsilmir - 6 matçda 9 dəfə
"Borussiya"dan "Real"a keçə bilər
"Yuventus"dan gözlənilməz məğlubiyyət
"Barselona" Reşfordu onunla əvəzləyə bilər
Baş məşqçi azarkeşlərin "istefa" şüarına reaksiya verdi
40 yaşlı futbolçudan yeni rekord
Azərbaycan millisi Belarus yığmasına qalib gəldi
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
Klub rəhbərliyi baş məşqçiyə konkret hədəf təyin etdi
Füzuli Məmmədov: “Sizinlə razı deyiləm”
Ərəblərdən "Barselona" futbolçusuna 40 milyonluq təklif var
Felipe Santosdan Yevlaxda 2 qol - Video
"Yaşlandıqca müdrikləşir, oyunu daha yaxşı anlayır"
"Araz-Naxçıvan" "Karvan-Yevlax"a qalib gəldi
Millimizin dünya çempionatı üçün heyəti
UEFA “Qarabağ”ı bu şüara görə cəzalandırdı
Tramp Ronaldoya: "Əşyalarını yığ, ABŞ-də bizə lazımsan"