"Düşünürəm ki, bu, Bojoviçin karyerasının davamı üçün yaxşıdır. “Neftçi” tanınmış klubdur. Hesab edirəm ki, Azərbaycanın ən güclüsüdür”.
QOL.az xəbər verir ki, bu sözləri 2007-10-cu illərdə “Lokomotiv”in (Moskva) prezidenti olmuş Nikolay Naumov Miodraq Bojoviçin “Neftçi”yə baş məşqçi təyin olunmasına münasibət bildirərkən deyib. Bojoviç 2014-15-ci illərdə "Lokomotiv"in də baş məşqçisi işləyib.
Təyinatla bağlı Rusiyanın “rusfootball.info” saytına açıqlama verən Naumov qeyd edib ki, monteneqrolu mütəxəssisin “Neftçi” üçün faydalı olacağına inanmır: “Yadımdadır, “Neftçi” bir neçə dəfə bizim komandalarla oynayıb. Ona görə də mənə elə gəlir ki, bu, Bojoviç üçün yaxşı variantdır. Bojoviçin təyinatının “Neftçi” üçün yaxşı olub-olmamasına gəlincə, onun işi ilə bağlı o qədər də məlumatlı deyiləm. Adətən, bir-iki ildən sonra onun komandası çökür. Onun bütün komandaları bu cür çıxış edib. Buna görə də düşünürəm ki, Bojoviçin çətin ki, “Neftçi”yə faydası olsun. Buna baxmayaraq, o, tanınmış məşqçidir. Azərbaycanda Bojoviçdən güclü məşqçi olduğunu da düşünmürəm. Görək, necə olacaq. Onun orada komanda quracağını indi birmənalı demək mümkün deyil. Mənə elə gəlir ki, 1-2 ildən sonra bizim klublardan qovulduğu vaxtlardakı kimi mənzərə yaşanacaq”.

Xatırladaq ki, “Neftçi” ötən gün Adrian Mutu ilə yolları ayırdığını və Miodraq Bojoviçin təyinatını açıqlayıb.
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
İtaliya klubunda yeni baş məşqçi
“Vikinq” – “Sabah” oyununa bütün biletlər satılıb
Mahir penalti qazandırdı və qol ötürməsi etdi - Video
“Traktor”dan ÇL-də növbəti heç-heçə