“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov ötən gün “Qarabağ”la keçirilən oyundan sonra Azərbaycan kubokunun reqlamenti ilə bağlı təklifini irəli sürüb.
QOL.az xəbər verir ki, o, kubokda oyun sayının artırılmasının tərəfdarı olduğunu söyləyib. R.Sadlqov bildirib ki, oyunları qruplar təşkil etməklə keçirmək olar. Onun fikrincə, Premyer Liqa komandalarının kuboka birbaşa 1/4 finaldan başlaması doğru deyil. Bu zaman R.Sadıqov ötən mövsüm öz komandası "Zirə"nin də yarışa 1/4 finaldan başladlğını xatırladıb.
"Tutaq ki, çempionatda 6-7-ci yeri tutan komanda 1/4 finaldan başlayıb 5 oyun keçirməklə avrokuboka gedir. Çempionatda 36 oyun keçirib 4-cü yeri tutan isə Konfrans Liqasından kənarda qalır. Bu, doğru deyil" - deyə o qeyd edib.
Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov da Qol.az saytına açıqlamasında kubokda oyun sayının az olmasını düzgün hesab etmir. O qeyd edib ki, cəmi 4 qələbə ilə kuboku qazanmaq doğru deyil: “Biz bu barədə öz fikrimizi bildirmişik ki, kubokda oyunlar qrup şəklində olmalıdır. Qruplar şəklində olanda oyun sayı artır. Güclü olan komanda qrupdan çıxacaq. Oyun sayı çox olanda təsadüfən irəliləyən komanda ola bilməz. Amma kuboka 1/8 finaldan başlayanda təsadüfi qələbə ola bilər. Bizdə hər şey imkan verir ki, kubokda oyunlar qruplardan başlasın. Çox oyun keçirməyə hava şəraiti də imkan verir. Həqiqətən Azərbaycan kubokunda oyun sayı çox azdır. Ümumiyyətlə, hər bir futbolçu ildə 50-55 oyun keçirməlidir. Hələ 60-dan danışmıram. Yalnız “Qarabağ”ın futbolçuları bu saya çatırlar. O da avrokubokların oyunlarına görədir. Bəs qalan futbolçular? Onların ildə heç 50 oyunu olmur”.
A.Mircavadov Azərbaycan kubokunda qaydaların dəyişməli olduğunu qeyd edib: “Təsəvvür edin ki, komanda kubokda 4 oyun keçirir, titulu qazanır və Azərbaycanı avrokuboklarda təmsil etmək hüququ əldə edir. Bu, düzgün deyil. Ona görə də kubokun reqlamentində dəyişiklik etmək lazımdır”.
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
İtaliya klubunda yeni baş məşqçi
“Vikinq” – “Sabah” oyununa bütün biletlər satılıb
Mahir penalti qazandırdı və qol ötürməsi etdi - Video
“Traktor”dan ÇL-də növbəti heç-heçə