“Bizdə qəribə hadisələr çox olur. Təəssüf ki, klublarımız yerli məşqçilərə inanmır. Mən 10 il bundan qabaq analiz etmişəm və görmüşəm ki, əcnəbi məşqçi Azərbaycan futboluna heç nə verməyib”.
Bu sözləri QOL.az-a açıqlamasında Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib.
“Neftçi”də Adrian Mutunun monteneqrolu Miodroq Bojoviçlə əvəzlənməsinə münasibət bildirən 76 yaşlı mütəxəssis əcnəbi məşqçilərin Azərbaycanda uğur qazana bilməməsini xatırladıb: “Bizdə əcnəbi məşqçilərin çalışdırdığı klublarda inkişaf olmayıb. Klublarımızda adlı-sanlı məşqçilər də işləyib. Con Toşak, Mustafa Dənizli kimi tanınmış mütəxəssislər Azərbaycana gətirilib. Amma onların komandasında keyfiyyət görməmişik. Azərbaycanda uğur qazanan elə yerli məşqçilərdir. Bəs onda niyə bu yerli məşqçilərə inanmırlar?
Hələ yayda Mutunun “Neftçi”yə gəlişini eşidəndə demişdim ki, bu qədər yerli məşqçilərimiz olduğu halda bu təyinat nəyə lazımdır? Samir Abasov “Neftçi”ni çempion etdi. Niyə imkan vermədilər ki, işinin ardını gətirsin? İstəmirdinizsə, niyə komandaya dəvət edirdiniz? Mutunun komandası xeyli müddət uğursuz çıxış etdi. Bir oyun udurdular, ikisində xal itirirdilər. Bunu yerli məşqçi etsəydi, dərhal göndərərdilər. Mutuya həddindən artıq şans verdilər. Bu yay Mutunun vaxtında “Neftçi”yə elə oyunçular gətiriblər ki, mən heç vaxt onları komandama götürmərəm. O futbolçular “Neftçi”yə layiq deyillər. Klubun yaxşı oyunçu gətirmək imkanı var. Bu imkan olmasa, demərəm”.
A.Mircavadov onu da qeyd edib ki, Adrian Mutu “Neftçi”dən bu cür yox, hörmətlə göndərilməli idi: “Bu yaxşı hal deyil. Məşqçini necə dəvət etmisənsə, o cür hörmətlə də yola salmalısan. Çünki “Neftçi” peşəkar klubdur. Peşəkar da hər şeyi hörmətlə etməlidir”.
A.Mircavadov “Neftçi”nin yeni baş məşqçisi Miodroq Bojoviçin yerli mentaliteti tez öyrənəcəyini bildirib: “Mən yeni baş məşqçinin işlədiyi klubları saydım, 19 oldu. Onun niyə belə çox klub dəyişdiyinin səbəbini dəqiq bilmirik. Bir yaxşı cəhəti var ki, rus dilində bilir. İnanıram ki, bizim mentaliteti də biləcək. Çünki Monteneqrodan, yəni keçmiş Yuqoslaviyadan gəlib. Təki yaxşı olsun. Biz istəyirik ki, “Neftçi”miz yüksəlsin, çempionluq uğrunda mübarizə aparsın, hər il avrokuboklarda oynasın. İnkişaf da bundadır. “Qarabağ” da belə yüksəldi”.
Ramiq Ağaməmmədov
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
İtaliya klubunda yeni baş məşqçi
“Vikinq” – “Sabah” oyununa bütün biletlər satılıb
Mahir penalti qazandırdı və qol ötürməsi etdi - Video
“Traktor”dan ÇL-də növbəti heç-heçə