"Komandama təşəkkür edirəm. Qarşımızda güclü "Qarabağ" var idi. Futbolçularım yaxşı mübarizə apardılar".
QOL.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 18-ci turunda bu gün "Qarabağ"la keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, 0:1 hesabı ilə uduzduqları matçı belə şərh edib: "Müdafiədən çıxanda topu itirirdik, "Qarabağ" bu vəziyyəti sevir. Buna görə qol vuraxdıq. İkinci hissənin əvvəlində daha yaxşı oynadıq. Dəyişiklik üçün 60-cı dəqiqəni gözlədik. Təhlükəli hücumlar qururduq. Futbolçularıma qış fasiləsinə qədər göstərdiyi oyuna görə təşəkkür edirəm. Qol komandaya təsir etdi. "Turan Tovuz"la çətin iki oyun keçirdik. 4 gün ərzində çox güc sərf etdik. Sadəcə olaraq yorğunluq və qol buraxımız bizə təsir etdi. Buna baxmayaraq, komanda sona qədər mübarizə apardı".
R.Sadıqov qış fasiləsində heyəti gücləndirmək istədiklərini qeyd edib: "Gedənlər barədə hər hansı fikrimiz yoxdur. Amma qarşıdakı günlərdə təhlillər olacaq. Komandaya futbolçular cəlb etmək istəyirik. Bu barədə rəhbərliklə danışıqlarımız olacaq. Hücum xəttini, cinahları gücləndirmək lazımdır. Sıx qrafik var, ona görə heyət gücləndirilməlidir".
R.Sadıqov matçın baş hakimi Cavid Cəlilovun idarəçiliyi ilə bağlı da danışıb: "Bu gün "Qarabağ" layiqli qələbə qazandı. Deyəcəyim sözlər "Qarabağ"la əlaqəli deyil. Ümumiyyətlə, Cavid Cəlilovun bizim oyuna təyin edilməsi düzgün deyil. Çünki "Sabah"la oyundan sonra o, cəzalanmışdı. Cəzadan sonra ilk oyun idi ki, yenə də "Zirə"nin matçını idarə edirdi. Onun hakimliyini bəyənirəm, sadəcə psixoloji cəhətdən bu oyunda iştirakı düzgün deyildi. 75 -ci dəqiqədəki epizod açıq-aydın sarı vərəqə idi və Elvin Cəfərquliyev meydandan ikinci sarıdan sonra qovulmalı idi. Dərindən təhlil etsək, qırmızı vərəqə də verilə bilərdi. VAR hadisəyə müdaxilə etmədi. Həmçinin, Romaonun da İsmayıla qarşı əl hərəkəti var idi ki, onu mənim futbolçu etsəydi, 100 faiz qırmızı vərəqə verəcəkdi. Yenə deyirəm, sadəcə olaraq onu bu oyuna təyin etmək doğru deyil".
R.Sadıqov "Sizə elə gəlmirmi ki, hakimləri tənqid edəndən sonra onlar "Zirə"yə qarşı daha çox prinsip aparırlar" sualını da cavablandırıb: "Bu il xatırlamıram ki, hakimi tənqid edək. Epizodlar ola bilər ki, şərh edirəm. Bu məsələni siz açırsınız, mən cavab verirəm. Ona bilər ki, onlar öz aralarında bizi müzakirə edirlər. Sadəcə mətbuata çıxmırlar".
"Zirə"nin çalışdırıcısı vaxt azlığına görə qış hazırlığını xarici ölkədə keçirməyəcəklərini bildirib: "Hazırlıq keçməyə vaxt azdır. Tərəfdarıyam ki, çempionatda fasilə olmasın. Böyük çempionatlarda fasilələr çox olmur. "Qarabağ"ın fasiləyə ehtiyacı var. Amma biz 5 ay ərzində 18-19 oyun keçirmişik. Düşünmürəm ki, futbolçular yorulub. Futbolçulara fasilə verməliyik ki, bayramı evlərində qeyd etsinlər. Vaxt azlığına görə burada hazırlıq keçmək daha yaxşıdır".
R.Sadıqov sonda Azərbaycan kubokunda reqlamentin düzgün olmadığını deyib və öz təklifini irəli sürüb: "Hava imkan versə, qış fasilələsinin müddətini azaldıb kubok oyunlarının sayını artırmaq lazımdır. Ötən mövsüm kuboka 1/4 finaldan başlamışdıq. Düşünürəm ki, bu düzgün deyil. 36 oyun keçirən komanda 4-cü yeri tutur Konfrans Liqasına gedə bilmir. PFL bu barədə düşünməli, qruplar təşkil etməlidir. Kuboku qazanmaq daha çətin olmalıdır. Birinci Liqa ilə Premyer Liqa arasında uçurum var".
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
İtaliya klubunda yeni baş məşqçi
“Vikinq” – “Sabah” oyununa bütün biletlər satılıb
Mahir penalti qazandırdı və qol ötürməsi etdi - Video
“Traktor”dan ÇL-də növbəti heç-heçə