"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 18-ci turunda "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib. QOL.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
- Mübarizə çox oldu. Futbolçuların qərar vermək üçün vaxtı yox idi. Xoş odur ki, qalib gəldik. Qış fasiləsinə yaxşı əhval-ruhiyyədə gedirik. Oyunçulara və azarkeşlərə təşəkkür edirəm.
- Şahin Diniyev bildirdi ki, təki Samir Abasova uduzum, problem deyil. Bu mövsüm iki dəfə sizə uduzub...
- Nə deyim vallah? Deyiləsi bir sözüm yoxdur. Şahin Diniyev mənim millidə məşqçim olub. İnsan və məşqçi kimi hörmətim olan adamdır. Biz cavanların arasında nəsə ola bilər. Dediklərimizi qəbul etmərik. Amma Şahin Diniyev hamı ilə dil tapan insandır. Bu cür insanlardan öyrənməliyik. Komplimentdirsə, çox sağolsun. Deyilsə də, sağolsun.
- Kasimir Ninqanın vəziyyəti nə yerdədir?
- Zədə eyni yerdəndir. Hər şey normal idi. Sadəcə, əzələləri elədir ki, 2-3 yerdə ləkələr düşür. Hər bir halda sürətli oyunçuların başına gələn hadisədir. Özü də dilxordur, biz də. Bir ay da buna vaxt gedəcək.
- Komanda yuxarı pillələrdə qərarlaşıb. Bu nəticəni necə şərh edərdiniz?
- Futbolçuları inandırırdıq ki, bu yerlərdə ola bilərik. Çox yaxşı haldır. Təəssüf ki, toplanışa problemlərlə gedəcəyik. Ninqadan savayı, Vüqar Mustafayev də əməliyyata yollanacaq. O da iki ay olmayacaq.
- Çox adam "Sumqayıt"ın üçüncü yerdə olacağını ehtimal etməzdi. Fasiləyə bu nəticə ilə getməyiniz rəhbərlik qarşısında tələblərinizi artıracaq?
- Bizim kimi komandalarda tələblər mövsümün ortasında qoyulmur. İlin əvvəlində plan cızılır və ilin sonuna kimi də gedir. "Lerik"lə matçda futbolçumuz zədələndi. Mövsümdə də 6-7 legioner götürüb onlarla hərəkət edəcəyini ehtimal edirsən. Bu cür zədələr planların pozulması deməkdir. Rəhbərliklə danışacağıq. Biz hələ uğur qazanmamışıq. Mayın axırında 8-9-cu yerdə olacaqsansa, dediklərim yaddan çıxacaq. Gördüyüm iş ona təkandır.
- Yəqin ki, "Sumqayıt"ın bu mövsüm istənilən komandanı məğlub etməsi, heç kimə sürpriz gəlməz...
- Burada kiməsə məsləhət vermək istəmirəm. Öyrətmək haqqım da yoxdur. Ancaq çoxu ilə razı deyiləm. Kimlərsə, hansısa oyunları, komandaları analiz edirsə, bunu daha dərindən etməlidir. Oyunun içində çox yaxşı işlər görürük. İnsanlara nəyisə çatdırmaq üçün özləri də savadlanmalıdır. Bilirəm ki, bundan sonra da tənqidlər olacaq. Ki, mənə savadsız deyirsən, filan kimi. Amma şəxsi fikrimdir. Komandam analiz edilirsə, meydanda baş verən proseslər analiz edilsin.
- Özünüzü necə motivasiya edirsiniz?
- Motivasiyam şəhərimdir, azarkeşlərimdir. Evə kimi hamı futboldan danışır. Futbolçularıma çatdırıram ki, siz evə gedirsiniz, mən nələrlə üzləşirəm. Bəzən çox haqsızlıqla üzləşmişik. Amma bu, yolumuzdan dönməyə imkan verməyib. Mayda 8-9-cu olsam, birinci siz yazacaqsınız ki, dekabrda belə danışırdım. Sakitəm, danışmıram, mayda danışaram.
- Sabah "Neftçi" - "Kəpəz" matçına baxıb analiz edəcəksiniz?
- Xeyr, baxmayacağam. Çünki sabah istirahət gündür, dincələcəyəm. İşlərim var. Amma həmin ərəfədə televizorda futbol olsa, baxaram. Bilmirəm, niyə həmişə mənim komandam qalır kənarda, mənə "Neftçi"dən suallar verilir? Mən də cavab verməli oluram. Dilimi saxlaya bilmirəm. Buradan çıxıram "Neftçi"dən zənglər gəlir ki, yenə nə oldu? Xahiş edirəm, mənə "Neftçi" ilə bağlı suallar verməyin. Mənim öz komandam var.
- "Neftçi"ni səfərdə məğlub etməyinizə çox sevinmişdiniz...
- Bu gün "Neftçi" də bizi keçsə, digəri də keçsə, dünya dağılmır. Hər şey çempionat bitəndə sayılır. Bu gün qalib gəlməyə çox köklənmişdik. Bundan da qorxurdum. Bəzən üstünlük "Səbail"ə keçəndə, öz-özümə deyirdim ki, nəyisə düz etmədik.
- Bəzi komandalar Antalya toplanışına getməmək qərarına gəlib. "Sumqayıt"ın planında hansısa dəyişiklik olacaq?
- Biz əvvəlcədən planları qurmuşduq. Noyabrdan. Deyəsən, "Qəbələ" də getməyəcək. Turdan-tura eşidirsən ki, hansısa komanda getmir. Qətiyyətlə gedəcəyimizi demirəm. Şəraitimiz də o qədər pis deyil. Meydançalar da var. Şəiraitimiz əladır. Bəlkə getmək fikrindən daşındıq. Orada qurduğumuz planlar da bəzən alınmır. Məsələn, 8-də oyun danışmışıq, zəng edirlər ki, həmin komanda gəlmir. Gərək başqa klubla danışaq. Sabah eşitsəniz ki, "Sumqayıt" da getmir, təəccüblənməyin.
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq