"Turan Tovuz" azarkeşləri komandanın oyunlarındakı hakim qərarları ilə bağlı bəyanat yayıblar.
QOL.az xəbər verir ki, bəyanatda azarkeşlər hakim qərarlarından narazılıqlarını ifadə ediblər:
"110 ildən çox tarixi olan Tovuz futbolu nailiyyətləri və yetişdirdiyi futbolçularla yanaşı nümunəvi azarkeşləri ilə də daim özundən söz etdirib. Oynadığı liqadan, maddi vəziyətindən asılı olmayaraq, daim komandasının yanında olan biz azarkeşlərin bir şüarı olub: “Biz çempionluq həsrəti ilə yaşamırıq, varlığın bizə yetər”. Komandamız 9 il Premyer Liqadan kənarda qalanda da daim tribunaları dolduran, demək olar hər tur azarkeş rekordu qıran da bizlər olmuşuq. Tovuz futbolunun Azərbaycan futbol elitasına necə yaraşdığını ötən mövsüm Premyer Liqaya vəsiqə qazandığımız gündən bütün futbol ictimaiyyəti şahid olur. Hər ev oyunumuz dolu tribunlarla bayram ab-havasında keçir. Nəticəsindən asılı olmayaraq, həm ev, həm də səfər oyunlarında komandamızı dəstəkləməyi özümüzə borc bilmişik. Yeni sponsorun gəlişindən sonra klubumuzun işıqlı gələcəyi haqda ümidlərimiz daha da artıb. Klubun uzunmüddətli inkişaf strategiyasını dəstəkləyir, Tovuz futbolunun əvvəlki əzəmətini özünə qaytaracağından şübhə etmirik.
Bütün bunlara baxmayaraq, komandamıza qarşı hakimliklə bağlı yaşanan neqativ hallar bizi çox narahat edir. Son oyunlardakı hakim səhvləri həm komandamızın vacib xallar itirməsinə səbəb olur, həm də bizi dərindən üzür. Klubumuz bununla bağlı bir neçə dəfə rəsmi etiraz bildirsə də, nəticəyə təsir edən səhvlərin sayı getdikcə artır. “Turan Tovuz” azarkeşləri olaraq AFFA-ya və futbol ictimaiyyətinə müraciət edirik. Klubumuz hər zaman olduğu kimi ölkə futbolunun inkişafı yönündə böyük işlər görür. Fəaliyətin güzgüsü olan əsas komandamıza qarşı haqsızlığı qəbul etmirik. Hər kəsin gözü qarşısında yaşanan səhvlər bizi daha da hiddətləndirir. Odur ki, hakim səhvlərinin minimuma endirilməsi üçün rolu olan hər kəsin öz üzərinə düşəni etməsini xahiş edirik. Ayrıcalıq istəmirik, təmiz futbol, ədalətli qərarlar tələb edirik!"

“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
İtaliya klubunda yeni baş məşqçi
“Vikinq” – “Sabah” oyununa bütün biletlər satılıb
Mahir penalti qazandırdı və qol ötürməsi etdi - Video
“Traktor”dan ÇL-də növbəti heç-heçə