İngiltərə Premyer Liqasında yeni mövsümün başlama tarixi müəyyənləşdi

İngiltərə Premyer Liqasında yeni mövsümün başlama tarixi müəyyənləşdi
DÜNYA FUTBOLU 22 Dekabr 2023 / 23:00 3581
-  A +

İngiltərə Premyer Liqasında 2024/25 mövsümünün başlama tarixi müəyyənləşib.

Qol.az turnirin saytına istinadən xəbər verir ki, gələn yay Avro 2024 olacağı üçün ölkə çempionatından əvvəlki illərlə müqayiəsədə gec başlayacaq.

Yeni mövsümə 17 avqust 2024-cü ildə start veriləcək və 25 may 2025-ci ildə yekun vurulacaq.

Qeyd edək ki, Premyer Liqada 2023/24 mövsümü avqustun 11-də başlamışdı.


Qarabağ FK
Son xəbərlər
27.10.26  10:27

30 il sonra...

27.10.26  02:13

PSJ ilin klubu seçildi

topaz banner