Braziliyanın "Qremio" klubundan ayrılan Luis Suares "İnter Mayami"yə keçir.
QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. O, 36 yaşlı hücumçu ilə bir illik müqavilə imzalanacağını bildirib.
Qeyd edək ki, Suaresin "Barselona"da komanda yoldaşı olmuş bir neçə oyunçu da ABŞ klubunda çıxış edir. Bunlar Suaresin yaxın dostu Lionel Messi, eləcə də Jordi Alba və Serxio Busketsdir.
Suares "Qremio"ya Uruqvayın "Nasyonal" klubundan 2023-cü ilin yanvar ayında sərbəst agent kimi keçmişdi. Uruqvaylı hücumçu Braziliyanın A seriyasında 33 matçda 17 qol vurub və 11 qol ötürməsi edib.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər