"Napoli"nin yarımmüdafiəçisi Elif Elmas qış transfer pəncərəsində "Leyptsiq"ə keçəcək.
QOL.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
O, Almaniya klubunun 24 yaşlı oyunçu üçün "Napoli"yə 25 milyon avro ödəyəcəyini bildirib. Şimali Makedoniya millisinin türk əsilli üzvü dekabrın sonlarında tibbi müayinədən keçəcək.
Qeyd edək ki, 2019-cu ildən "Napoli"də çıxış edən Elif Elmas bu mövsüm bütün turnirlərdə 16 matça çıxaraq 2 qol vurub.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər