Almaniyanın "Köln" klubu baş məşqçisi Şteffen Baumqartla yollarını ayırıb.
QOL.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Komandanın uğursuz çıxışlarına görə almaniyalı mütəxəssisin 2025-ci ilin yayına qədər olan müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
"Köln" hazırda 10 xalla Bundesliqada turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Komanda son 9 rəsmi matçda cəmi 1, ümumilikdə isə bu mövsüm 2 qələbə qazanıb. Baumqart 2021-ci ildən "Köln"ü çalışdırırdı.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər