Avropa Məhkəməsi FİFA və UEFA-nın 2021-ci ildə AvropaSuperliqanın yaradılmasını qadağan edən hərəkətlərini qanunsuz elan edib.
QOL.az xarici KİV-ə istinadən xəbər verir ki, təşkilatların Avropada klub yarışlarında monopoliyası yoxdur: Superliqa indi Avropa qanunlarına uyğun olaraq rəsmi olaraq yaradıla bilər.
Xatırladaq ki, 2021-ci ilin mayında Superliqa UEFA və FİFA-nı rəqabət qanunlarını pozmaqda ittiham etmişdi. Həmin ilin aprelində Avropanın 12 klubu Superliqanın yaradıldığını elan etmişdi. Buraya İngiltərənin “Arsenal”, “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted”, “Tottenhem”, “Çelsi”, İspaniyanın “Atletiko”, “Barselona”, “Real”, həmçinin İtaliyanın “İnter”, “Milan” və “Yuventus” klubları daxil idi.
Sonradan tənqidlər fonunda 9 klub “Barselona” və “Real"ın maraqlı olduğu layihədə iştirakdan imtina edib. Beləliklə, yeni qərara əsasən, İspaniya komandaları Çempionlar Liqası, Avropa turnirləri və ya FİFA yarışlarından kənarda qala bilməz.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər