Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin də formasını geyindiyi "Eqnatiya" Albaniya çempionatında 17-ci tur oyuna çıxıb.
QOL.az xəbər verir ki, komanda səfərdə Tirana "Dinamo"su ilə qarşılaşıb. Matç "Eqnatiya"nın 2:1 hesablı qələbəsiylə yekunlaşıb.
Vüsal da bu oyunda iştirak edib. O. start heyətdə meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib. İsgəndərli 80-ci dəqiqədə fərqlənib və komandasına qələbə qazandırıb. Bu, onun Albaniya çempionatında 2023/2024 mövsümündə vurduğu 6-cı qoldur.
Qeyd edək ki, "Eqnatiya" çempionatda 17 turdan sonra 37 xalla liderdir.
"Dinamo" - "Eqnatiya" - 1:2
Qollar: B.Zaberqia, 67 - A.Zeynullai, 17, V.İsgəndərli, 80
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər