"Real"ın baş məşqçisi Karlo Ançelotti qapıçılar arasında seçim edib.
QOL.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Bildirilib ki, zədəli Tibo Kurtuanın yoxluğunda italiyalı mütəxəssis əvvəllər Kepa Arrizabalaqanı əsas oyunçu hesab edirdi. Amma sonra o, fikrini dəyişib. Dönüş nöqtəsi Andrey Lunini oynadığı La Liqada "Betis"ə qarşı matç (1:1) olub.
Nəşr ki, ukraynalı qolkiper gücləndiyi üçün məşqçi Lunini ehtiyat oyunçular skamyasına qaytarmaq üçün heç bir səbəb görmür. O, Kepadan (86-ya qarşı 77) daha yaxşı xilasetmə faizinə malikdir və komandanı çətin vəziyyətlərdə daha tez-tez xilas edib. Bu da Ançelottinin diqqəti cəlb edib. Andreyin oyunu ötən mövsümlə müqayisədə daha inamlı olub.
A.Lunin bu mövsüm 8 oyuna çıxıb və 5 qol buraxıb. O, 4 matçda qapısını toxunulmaz qoyub.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər