"Bilirdik ki, burada bizim üçün çətin olacaq. Futbolçular əziyyət çəkdilər. Süni örtük futbolçuya zərər verir".
QOL.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Mİsli Premyer Liqasının 16-cı turunda bu gün "Kəpəz"lə keçirilən səfər oyunundan (1:1) sonra mətbuat konfransında deyib.
- Həm biz, həm də rəqib təzyiq edirdi. Öz oyun üslubumuzu güdərək mövqe hücumlarına çıxırdıq. Məni üzən buraxdığımız qoldur. Həmin ərəfədə rəqibin təzyiqi var idi. Bunun üzərində işləmişdik. Təəsüf ki, qarşısını alma bilmədik. Futbolçularla danışılası çox şey var. Kubokdan əlavə bir oyunumuz qalıb. Zədəli oyunçularımız yavaş-yavaş qayıdır. Bu, sevindirici haldır. Hamısı tam şəkildə qayıtsa, daha yaxşı olacağıq.
- İlk hissədə komanda hərəkətsiz idi. Bunun səbəbi nədir?
- Bunun səbəbi meydançadır. Bu əziyyəti burada həmişə çəkmişik. Hətta "Qarabağ" da Tovuzda heç-heçə edib. İrad tapa bilmirəm. Bilirəm ki, nədən qaynaqlanır.
- "Qarabağ"a ağır məğlubiyyətin təsiri qalıb?
- Xeyr. Məğlubiyyətin səbəbi bəllidir. "Qarabağ"a hər bir halda uduza bilərik. Sadəcə bəzi futbolçuların öz mövqeyində oynamaması təsir etdi. O məğlubiyyətin əsas səbəbi fərdi səhvlər idi. Bu gün "Qarabağ"a 0:10 hesabı ilə uduzsan da, hamı səni anlayır.
- Üç turdur qələbə qazana bilmirsiz. Bu gün komandanın göstərdiyi xarakter sizi qane etdi?
- Bəli, qane etdi. Heç bir problem görmürəm.
- Bu gün zədədən qayıdan futbolçuları meydana buraqmaqla risk etmədiniz?
- Risqə getdik. Onları məcburiyyətdən oynatdıq.
- İlk dördlük şansınızı necə dəyərləndirirsiniz?
- Söhbət iştahdan getmir. Məqsədimiz oyundan-oyuna səhvləri azaltmaqdır. Bir oyun üslubu ortaya qoymaq istəyirik. Bu gün heç-heçədən sonra hansı iştahdan danışa bilərik? Mənim dediklərimi edə bilsək, məqsədlərdən danışa bilərik. Bu gün realist olmalıyıq.(sportal.az)
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi