UEFA Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda səfərdə "Antverpen"ə uduzan (2:3) "Barselona" futbolçuları oyundan sonra daha bir xəbərə üzülüb.
QOL.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, futbolçular daha Kataloniyada keçirdikləri oyunlardan sonra stadionda duş qəbul edə bilməyəcəklər.
Məsələ ondadır ki, Kataloniyada quraqlıq səbəbindən idman salonlarında və stadionlarda duş alınması qadağan olunub. Buna görə də bundan sonra "Barselona" futbolçuları oyundan sonra evlərində yuyunmalı olacaqlar.
Bu qərarın növbəti həftədən qüvəyə minəcəyi bildirilib.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər