"Barselona"nın futbolçuları Robert Levandovski, İlkay Gündoğan, Frenki de Yonq və Mark-Andre ter Ştegen komandanın baş məşqçisi Xavinin məşqçilik ideyalarına inamını itirib.
QOL.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Bildirilib ki, sözügedən oyunçular ispaniyalı mütəxəssisin ideyalarını qəbul etmir, həmçinin onun rəhbərliyi altında həyata keçiriləcək layihənin gələcəyinə inanmırlar.
Xatırladaq ki, daha əvvəl mətbuatda prezident Joan Laporta və idman direktoru Dekonun Xavinin klubdakı gələcəyini müzakirə etmək üçün bu həftə görüş keçirəcəyi barədə məlumat yayılmışdı.
İspaniya çempionatının 16 turundan sonra Kataloniya təmsilçsi 34 xal toplayıb və 4-cü pillədə qərarlaşıb.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər