“Millidə ab-hava çox yaxşıdır. Hər birimiz özümüzü göstərmək istəyirik”.
QOL.az xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Tofiq Mikayılov Bakıda Rumıniya yığmasına qarşı keçirəcəkləri DÇ-2024-ün elit mərhələsinin oyunundan əvvəl jurnalistlərə açıqlamasında deyib.
O, qarşıdakı matçda yalnız qələbə barədə düşündüklərini bildirib: “Baş məşqçimiz Vitali Borisovun rəhbərliyi altında bir neçə gündür təlim-məşq toplanışındayıq. Komandada əhval-ruhiyyə yaxşıdır. Rumıniya ilə oyuna ancaq qələbə üçün çıxacağıq”.
Daha əvvəl minifutbol millisində çıxış edən T.Mikayılov peşəkarlıq baxımından futzalın üstün olduğunu söyləyib: “Bəli, mən minifutbol millisində də çıxış etmişəm. Lakin düşünürəm ki, peşəkarlıq cəhətdən futzal daha yaxşıdır. Həmçinin ölkə çempionatında klubların sayı daha çox olsa, yerli uşaqlar da üzə çıxarlar. Minifutbolda ölkə çempionatında iştirakçı sayı çoxdur. Bu da azarkeşlərə maraqlı gəlir. Ümid edirəm ki, növbəti mövsün futzalda da komanda sayı artacaq”.
O, Rumıniya və Qazaxıstanla matçlardakı məğlubiyyətə baxmayaraq, futzal millimizin heç də pis təsir bağışlamadığın qeyd edib: “Düzdür, əvvəlki matçlarda millinin düşərgəsində olmamışam. Amma qarşılaşmaları izləmişəm və bilirəm ki, uşaqlar yaxşı oynayıblar. Yenidən həmin matçlara qayıtmağa ehtiyac yoxdur. Hər şey keçmişdə qalıb. İnşallah qarşıdakı 2 matçda 6 xal qazanacağımıza inanırıq. Allahın köməkliyi ilə dünya çempionatına vəsiqə qazanarıq”.
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi