"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov əməliyyat olunan futbolçusu Kevin Medina haqda danışıb.
QOL,az xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda sabah "Hekken"lə (İsveç) keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında kolumbiyalı müdafiəçi ilə bağlı sualı da cavablandırıb. Qurbanov qeyd edib ki, "Qarabağ"ın bu cür itki ilə meydana çıxması ilk dəfə deyil:
"Medina dünən əməliyyat olundu (Finlandiyada - red.). O, hətta Bakıda da olmayacaq. Mən dünən onunla görüntülü danışdım. Mənə dedi ki, bizimlədir. Amma bu gün biz oyun haqqında düşünməliyik və əgər problemlər varsa, onları necə düzəltmək barədə fikirləşməliyik. İnanıram ki, itkilərin öhdəsindən gələcəyik. İlk dəfə deyil ki, belə halla qarşılaşırıq. Medinaya cansağlığı və tezliklə komandaya qayıtmasını arzulayıram. Veşoviçin vəziyyəti isə normaldır. Hər şey yaxşı olarsa, əminəm ki, o, matçda bizimlə olacaq".
Xatırladaq ki, Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Molde"yə qarşı səfər matçında (2:2) zədələnən Kevin Medinaya sağ bud tendom vətərinin qopması diaqnozu qoyulmuşdu. Onun təqribən 3 aya yaxın yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi