"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün mətbuat konfransı keçirib.
Qol.az xəbər verir ki, konfrans sabah Avropa Liqasının qrup mərhələsində "Hekken"ə (İsveç) qarşı keçiriləcək oyuna həsr olunub. O xatırladıb ki, komandası bu il avrokubokda son qrup matçına çıxacaq və bu, onlar üçün vacib oyundur: "Futbolçularımız oyuna hazırdır. Rəqib düşərgəsindən olan şərhlərə baxanda görürsən ki, onlar da matça ciddi hazırlaşıblar və turniri xalsız tərk etmək istəmirlər. Bizə qarşı nəticə qazanmaq istəyən komanda oynayacaq".
O bildirib ki, bu mənada komandası görüşı taktiki və psixoloji cəhətdən hazır olmalıdır: "Mən futbolçularıma inanıram. Sabah axşama qədər vaxtımız var. Bəzi detalları yekunlaşdırmaq qalır".
"Qarabağ" tarixində ilk dəfə Avropa Liqasınsa pley-off mərhələsinə çıxa bilər. Hansı hissləri keçirirsiniz?" sualına cavab olaraq Q.Qurbanov deyib:
"Biz ilk dəfə deyil ki, Avropa Liqasında belə bir şans qazanırıq. Elə olub ki, son saniyələrdə qolumuz qeydə alınmayıb. Futbolçuların istəyi böyükdür. Və təkcə onlar üçün deyil, bütün futbol ictimaiyyətinin istəyi belədir. Bu görüşə mümkün qədər soyuqqanlı yanaşmaq lazımdır. Düzgün və səhvsiz oyunla şansınızı reallaşdırmalıyıq. İnanıram ki, komanda qarşıya qoyulan vəzifənin öhdəsindən gələcək".
Mərkəz müdafiəçisi Kevin Medinanın yoxluğuna və cinah müdafiəçisi Marko Veşoviçin qarşıdakı matça nə dərəcədə hazır olmasına ilə bağlı məsələyə toxunan mütəxəssis bildirib: "Hamısını meydanda görmək istərdim. Qrupda ikinci olmaq kimi şansımızın yarandığı oyunda bütün futbolçular meydanda olmağa layiqdirlər.
Medina dünən əməliyyat olundu (Finlandiyada - red.). O, hətta Bakıda da olmayacaq. Mən dünən onunla danışdım. Mənə dedi ki, bizimlədir. Amma bu gün biz oyun haqqında düşünməliyik və əgər problemlər varsa, onları necə düzəltmək barədə fikirləşməliyik. İnanıram ki, itkilərin öhdəsindən gələcəyik. İlk dəfə deyil ki, belə halla qarşılaşırıq. Medinaya cansağlığı və tezliklə komandaya qayıtmasını arzulayıram. Veşoviçin vəziyyəti isə normaldır. Hər şey yaxşı olarsa, əminəm ki, o, matçda bizimlə olacaq".
Q.Qurbanov son günlər Bakıya yağan yağış səbəbindən oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunun ot ortüyünün durumuna da toxunub: "Bakıda tez-tez güclü yağış yağmır. Mən sadəcə qazona baxdım, hər şey yaxşıdır. Qazon yaxşı oyun üçün şərait yaradır (gülür). Yaxşı futbol nümayiş etdirməyimizə heç nə mane olmamalıdır".
Qeyd edək ki, "Qarabağ" - "Hekken" matçı dekabrın 14-ü yerli vaxtla saat 21:45-də başlanacaq. Ağdam təmsilçisi qalib gələcəyi halda qrupun digər matçı - “Bayer” (Almaniya) - “Molde” (Norveç) oyununun nəticəsindən asılı olmayaraq 1/16 finala vəsiqə qazanacaq. Bu isə Azərbaycan futbol tarixində bir ilk olacaq.
Salah yenə ön planda
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video
"İmişli"də yeni məşqçi təyinatları
Mundialla vidalaşacaq 3-cü komanda bilindi
Almaniyanın geridönüşü - Video
15 seyv etdi, matçın ən yaxşı oyunçusu seçildi
"İkinci Zubir olmaq istəyirəm" - Jali Muaddib
Almaniyadan möhtəşəm geridönüş
La Liqaya vəsiqə qazanan son komanda da bilindi
Niderland İsveçi bu qollarla darmadağın etdi - Video
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"