"Neftçi"nin futbolçusu Reziuan Mirzov Rusiyanın "Sport Express" nəşrinə geniş müsahibə verib.
QOL.az rusiyalı yarımmüdafiəçinin müsahibəsini ixtisarla təqdim edir.
- Üç aydır ki, Azərbaycandasınız. Yeni komandaya və ölkəyə uyğunlaşma necə gedir?
- Uyğunlaşmaq asandır. Çünki bu ölkənin mentaliteti mənə yaxındır. Mən Qafqazda doğulub böyümüşəm, ona görə də Bakıya köçəndə heç bir problem olmadı. “Neftçi”də yaxşı qarşılandım.
- Bakı Moskvadan nə ilə fərqlənir?
- Bakı çox gözəl şəhərdir. Bu, hətta mənim üçün bir qədər gözlənilməz oldu. Yeni şəhəri bəyəndim. İçərişəhəri ziyarət etmək imkanım oldu. Bakıda hava Moskvadan fərqlidir. Burada o qədər soyuq deyil. Son vaxtlar bir az soyuq olur, amma yenə də burada özümü yaxşı hiss edirəm.
- Niyə “Neftçi”ni seçdiniz?
- “Ximki” ilə müqaviləm başa çatanda qarşıma məqsəd qoydum - Avropaya getmək. Özümü xaricdə sınamaq istəyirdim. Yayda Yunanıstan, Kipr və Türkiyə klubları ilə danışığım oldu. Gündəlik həyat baxımından Türkiyə seçimi daha yaxın idi. “Neftçi” variantı transfer pəncərəsinin son anında meydana çıxdı.
- Bəs niyə Türkiyə klubuna keçmədiniz?
- Bir neçə dəfə demək olar ki, əşyalarımı yığıb yola çıxdım. Ancaq son nəticədə danışıqlarda verdikləri vədləri yerinə yetirmədilər. Ümumiyyətlə, Türkiyə klubuna keçməyi planlaşdırırdım. Bu yay mənimlə əlaqə saxladılar, zəng etdilər və dedilər ki, ora gedim. Amma sonda Azərbaycana gəldim.
- Yeni ölkə seçimində din məsələsinin rolu olubmu?
- Təbii ki, bu seçimimə təsir etdi. Azərbaycan müsəlman ölkəsidir. “Neftçi”dən təklif gələndə bir az fikirləşib qəbul etdim. Tez bir zamanda bütün detalları razılaşdırdıq. Sentyabrda çox istəyirdim ki, müqavilə imzalayıb meydana çıxım. Bir ay boş oturmaq çətin idi.
- “Neftçi”dən təklif gələndə kiminlə məsləhətləşdiniz?
- Yayda “Sabah”a keçən Ayaz Quliyevlə danışdım. Məndə Azərbaycan çempionatında oynamaq ideyası Quliyevin buraya gəlməsindən sonra yarandı. Azərbaycan və yerli çempionatla bağlı onunla danışdım. "Neftçi”yə keçməyimdə Ayazın böyük rol oynadığını deyə bilərəm.
- Azərbaycan və Rusiya Premyer Liqaları nə ilə fərqlənir?
- Azərbaycanda üç güclü komanda var: “Sabah”, “Qarabağ” və “Neftçi”. Onlar avrokuboklarda oynayırlar. Gəlib çempionatı görəndə yaxşı mənada təəccübləndim. Liderlərlə rəqabət apara biləcək beş-altı komanda var. Eyni zamanda, bir mövsümdə dörd dəfə eyni rəqiblə oynamağımızda problem yoxdur. Digər bir üstünlük uzun uçuşların və səfərlərin olmamasıdır. Komandaların əksəriyyəti Bakıda yerləşir. Uzaq səfər matçlarında mənzil başına avtobusla 4 saata çatmaq olur. İnfrastruktur baxımından hər şey qaydasındadır.
- Ayaz Quliyev vətəndaşlığını dəyişdi. O, indi Azərbaycan vətəndaşıdır. Eyni şeyi etmək barədə düşünürsünüz?
- Belə bir fikrim heç vaxt olmayıb və olmayacaq. Rusiya millisinə düşmək və bir neçə oyuna çıxmaq istəyirəm.
- Amma Karpin (Rusiya millisinin baş məşqçisi Valeri Karpin nəzərdə tutulur – red.) yaşı 30-dan yuxarı olan futbolçuları milliyə çağırmır.
- Hazırda millidə mənim yaşımda olan Georgi Djikiya və Daler Kuzyaev var. Milliyə çağırılmaq üçün hər şeyi edəcəyəm. Demirəm ki, oturub Karpindən zəng gözləyirəm. Çalışıb ölkənin əsas komandasında oynamağa hazır olduğumu sübut edəcəm.
- Nə vaxtsa "Spartak"a qayıdacağınıza inanırsınız?
- İndi “Neftçi”də futboldan həzz alıram. Başa düşürəm ki, karyeramın dörd-beş ili qalıb və əylənmək istəyirəm. Heç bir şey sizin istədiyiniz kimi olmayanda, komanda çox şey itirir, sonra futboldan yorulursunuz və zövq ala bilmirsiniz. “Neftçi”də hər şey fərqlidir: oynayıram, məşq edirəm, ən əsası oyundan həzz alıram. Karyeramı bitirənə qədər futboldan almaq istədiyim budur.
Messidən skandal hücum - Video
"Qarabağ"ın "Nyukasl"a qarşı hazırlıq məşqindən - Şəkillər
Qış Olimpiya Oyunlarına yekun vuruldu
"Yuventus"un baş məşqçisinin taleyi 2 matçdan asılıdır
PSJ onunla müqaviləni yeniləyir
"Barselona" "Levante"yə şans vermədi - 3 cavabsız qol
"Liverpul" son dəqiqələrdə vurduğu qolla qələbə qazandı
Kazemiro və Messi komanda yoldaşı olacaq?
"O, işlədiyim ən peşəkar futbolçudur"
"Kəpəz"ə qol vurmaq məndə özünəinam yaradıb" - Parris
"Sabah"ın qələbəsindən - Video
“Hansı məqsədlə "Qarabağ"ın əleyhinə şüarlar səsləndirdilər, bilmirəm” - Azər Bağırov
ÇL matçlarında VAR sistemindən istifadə qaydaları dəyişdi
"Trabzonspor"dan möhtəşəm geri dönüş - 5 dəqiqədə 3 qol
"Sabah"dan qələbə, "İmişli" - "Şamaxı" matçında heç-heçə
Mahir Emreli 3 ay sonra oyuna çıxdı
"Şamaxı” komandasına söz atdı - “Tempi aşağı salırdı"
Kenan Yıldız "Qalatasaray"la oyunu buraxa bilər
"İmişli" - "Şamaxı" matçından - Video
Karyerasında ilk dəfə Azərbaycan çempionu oldu
Fransa klubu baş məşqçisi ilə sağollaşmağa hazırlaşır
Qırmızı vərəqə aldı, klubdan ayrılmaq qərarı verdi
"Sabah" - "Kəpəz": Heyətlər
Mahir Emreli 3 ay sonra iştirak ərizəsində
"Nyukasl" - "Qarabağ": baş hakim o olacaq
Musiala rekordçu oldu
Bu dəstəyin cəzası 54 min avro oldu - Video
"İmişli" - "Şamaxı": Heyətlər açıqlandı
“Real” rəhbərliyi Arbeloadan da narazıdır
Keyn: “Barselona”nın marağını kompliment kimi qəbul edirəm”
"Mançester Siti" "Nyukasl"a belə qalib gəldi - Video
Millimizin üzvü Erediviziyada növbəti oyuna çıxdı
Messinin də komandası uduzdu, Nərimanın da
964-ə çatdı, uğuru ərəb milli geyimində qeyd etdi - Video
"Qalatasaray"ın gözlənilməz məğlubiyyəti - Video
“Qarabağ”la oyunöncəsi məğlubiyyətə belə şərh verdi
"Nyukasl" "Mançester Siti"yə uduzdu
"Bavariya"dan qələbə, "Borussiya"dan heç-heçə
Azərbaycan millisindən möhtəşəm qol - Video
"Qalatasaray" səfərdə məğlub oldu
"Ronaldo ilə eyni klubda oynamaq istəyərdim"
"Bavariya"nın futbolçusu sıradan çıxdı
Fofana meydan qovuldu, "Çelsi"nin antirekordu yeniləndi
Abubakar dubl etdi, "ağlar" qalib gəldi