Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun futbolçusu Kriştiano Ronaldo 2023-cü ildə 50-ci qolunu vurub.
QOL.az xəbər verir ki, 38 yaşlı hücumçu yubiley qoluna Kral kubokunun 1/4 finalında "Əl-Şabab"la oyunda (5:2) imza atıb. O, bununla bağlı sosial şəbəkə hesabında yazıb:
“Möhtəşəm qələbə və 2023-cü ildəki 50-ci hədəfimi elan etməkdən çox məmnunam. Bütün bunlar komanda yoldaşlarımın, azarkeşlərimin və ailəmin sarsılmaz dəstəyi sayəsindədir! Bu il daha bir neçə qol üçün vaxt var”.
Qeyd edək ki, Ronaldo 2023-cü ildə “Əl-Nəsr”in heyətində 40, Portuqaliya millisində isə 10 qol vurub. O, karyerasında 8-ci dəfədir ki, bir ildə 50 qol həddinə çatır.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər