Azərbaycan milli komandasının baş məşqçisini seçmək məqsədi ilə AFFA İşçi Qrupu yaradıb.
Qol.az-ın əldə etdiyi xəbərə görə, hazırda qrupda 5 nəfər təmsil olunur.
Bunlar AFFA-nın vitse-prezidenti Elşad Nəsirov, İcraiyyə Komitəsinin üzvləri Vaqif Sadıqov, Zaur Axundov, həmçinin baş katib Sərxan Hacıyev və Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədovdur. Qrupa Elşad Nəsirov rəhbərlik edir. İşçi qrupun tərkibinin artacağı istisna olunmur.
Qeyd edək ki, işçi qrupun tərkibi ilə bağlı ilk xəbəri azerisport.com saytı yayıb.
Bəs millinin baş məşqçisi nə vaxt müəyytənləşəcək?
Bugünlərdə AFFA-ın Mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli Qol.az-a bildirib ki, hazırda AFFA heç bir məşqçi ilə danışıqlar aparmır. Millinin növbəti oyununun martda olacağını söyləyən qurum rəsmisi deyib ki, ona kimi kifayət qədər vaxt var.
E.Məmmədli bildirib ki, milli komandanın baş məşqçisi məsələsi ilə AFFA-nın yaradacağı İşçi qrup məşğul olacaq.
Qeyd edək ki, ötən ay jurnalistlərə açıqlama verən AFFA-nın baş katibi Sərxan Hacıyev bildirib ki, İşçi Qrupu millinin baş məşqçi vəzifəsinə namizədləri nəzərdən keçirəcək. Onun sözlərinə görə, İşçi Qrupda AFFA İcraiyyə Komitəsindən və böyük ehtimalla kənardan şəxslər təmsil olunacaq: “Onlar tərəfindən baş məşqçi vəzifəsi ilə bağlı təkliflər veriləcək. Hər bir amil detallı şəkildə nəzərə alınaraq və analiz olunaraq İcraiyyə Komitəsində müzakirəyə çıxarılacaq və qəti qərar veriləcək".
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi