"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo 2023-cü ildə 50-ci qolunu vurub.
QOL.az xəbər verir ki, o, Səudiyyə Ərəbistanı kubokunun 1/4 final mərhələsində "Əl-Şəbab"a 5:2 hesabı ilə qalib gəldikləri matçda komandasının 4-cü qolunun müəllifi olub. Bununla da, 38 yaşlı hücumçu 2023-cü ildə vurduğu qolların sayını 50-yə çatdırıb. Ronaldo qol sayında "Mançester Siti"nin futbolçusu Erlinq Haalanda çatıb.
Ronaldo 50-ci qolunu sosial şəbəkə hesabları vasitəsi ilə şərh edib: “Möhtəşəm qələbə və mən 2023-cü ildəki 50-ci qol hədəfimi elan etməkdən məmnunam, bütün bunlar komanda yoldaşlarımın, azarkeşlərimin və ailəmin sarsılmaz dəstəyi sayəsindədir. Bu il hələ bir neçə qol vurmaq imkanım var”.
Xatırladaq ki, Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Onun klubla müqaviləsi 2025-ci ilə qədərdir.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər