“Turan Tovuz” Futbol Akademiyasının koordinatoru Rasim Əliyev, məşqçisi Elxan Abdıyev və qapıçı məşqçisi Yaməddin Əliyev yeniliklərlə tanış olmaq və təcrübələrini artırmaq məqsədi ilə Tbilisi “Dinamo”sunun akademiyasında olublar.
Qol.az xəbər verir ki, 3 günlük səfər zamanı məşqçilər “Dinamo” Futbol Akademiyasının direktoru Giorgi İvanişvili, koordinatoru Qabriel Jervazi, baş seleksioneri Temuri Uqreçelidze və məşqçiləri ilə görüşlər keçiriblər.
Onlar buradakı şərait, yeniliklər, məşq metodları, seleksiya qaydaları və digər məsələlər haqda geniş fikir mübadiləsi aparıblar. Hər iki akademiyanın əməkdaşlığı haqda ilkin razılıq əldə olunub.
“Dinamo” akademiyasının rəhbəri Giorgi İvanişviliyə "Turan Tovuz"un forması hədiyyə olunub.
Yuxarı
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur