"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 16-cı turunda "Neftçi"yə 2:3 hesabı ilə uduzduqları oyun haqqında danışıb.
QOL.az xəbər verir ki, mütəxəssis görüşdən sonra keçirilən mətbuat konfransında əvvəlcə bunları deyib:
- Çətin və maraqlı oyun oldu. Hesabda geri düşsək də, qollar vurduq. Hər qoldan sonra hesabda önə çıxa bilərdik. Amma imkanlardan yaxşı istifadə edə bilmədik. İkinci hissədə 11-ci dəqiqədə rəqib ilk dəfə cərimə meydanımıza daxil oldu. Təəssüf ki, qol buraxdıq. Bu gün ustalıq qalib gəldi. "Qəbələ" ilə matçı çıxsaq, rəqiblərlə başabaş oynamışıq. Davam etmək lazımdır. Bilirdik ki, çətin olacaq. Yeni gələnlər var. Amma oyundan-oyuna yaxşılığa doğru gedirik. Təslim olmaq olmaz. Ruhdan düşsək, çətin olacaq. Futbolçuların arxasındayıq, birlikdə bu durumdan çıxacağıq.
- Komanda əks-hücumlardan oynasaydı, hesab başqa cür alınardı?
- Mən futbola hücum, əks-hücum kimi yanaşmıram. Mövsümün əvvəlində demişdim ki, bu il oyunu otuzdurmaq lazımdır. Amma çətin olacaq. Oyunu otuzdurmaq istəyiriksə, boşluqlar olacaq. Qol epizodlarına giririk, istifadə edə bilmirik. Qollar buraxırıq. Əks-hücum, müdafiə oynasaydıq...Bunu özümüzə yaxın buraxmıram. Bəzi mövqelər var, orada ya futbolçular artırmalıdır, ya da gələcəkdə ora uyğun oyunçular tapmalıyıq.
- Üçüncü qol sanki ofsayddan vuruldu. Siz necə düşünürsüz?
- Hakimlik haqda danışmaq istəmirəm. Bu gün eşidirəm, hakim deyir VAR-dakı bildirdi ki, top başqasından çıxıb. Niyə VAR-dakı deyir bunu? Autu da səhv verirlər. Başa toxunuş varsa, dərhal matç dayanmalıdır. Top bizdə olanda dərhal saxlanılır, ancaq rəqibdə olanda belə qərar yox idi. VAR-da olan hakim yəqin xətti çəkib.
- Komandadan göndəriləcək futbolçuların siyahısını hazırlamısız?
- Bu dəqiqə hər kəsin müqaviləsi var. Kiməsə rahat demək olmur ki, getmək lazımdır. Son oyunlardan sonra fikirləşəcəyik. Güclənmək lazımdır.
“Beşiktaş”dan darmadağın
Messidən skandal hücum - Video
"Qarabağ"ın "Nyukasl"a qarşı hazırlıq məşqindən - Şəkillər
Qış Olimpiya Oyunlarına yekun vuruldu
"Yuventus"un baş məşqçisinin taleyi 2 matçdan asılıdır
PSJ onunla müqaviləni yeniləyir
"Barselona" "Levante"yə şans vermədi - 3 cavabsız qol
"Liverpul" son dəqiqələrdə vurduğu qolla qələbə qazandı
Kazemiro və Messi komanda yoldaşı olacaq?
"O, işlədiyim ən peşəkar futbolçudur"
"Kəpəz"ə qol vurmaq məndə özünəinam yaradıb" - Parris
"Sabah"ın qələbəsindən - Video
“Hansı məqsədlə "Qarabağ"ın əleyhinə şüarlar səsləndirdilər, bilmirəm” - Azər Bağırov
ÇL matçlarında VAR sistemindən istifadə qaydaları dəyişdi
"Trabzonspor"dan möhtəşəm geri dönüş - 5 dəqiqədə 3 qol
"Sabah"dan qələbə, "İmişli" - "Şamaxı" matçında heç-heçə
Mahir Emreli 3 ay sonra oyuna çıxdı
"Şamaxı” komandasına söz atdı - “Tempi aşağı salırdı"
Kenan Yıldız "Qalatasaray"la oyunu buraxa bilər
"İmişli" - "Şamaxı" matçından - Video
Karyerasında ilk dəfə Azərbaycan çempionu oldu
Fransa klubu baş məşqçisi ilə sağollaşmağa hazırlaşır
Qırmızı vərəqə aldı, klubdan ayrılmaq qərarı verdi
"Sabah" - "Kəpəz": Heyətlər
Mahir Emreli 3 ay sonra iştirak ərizəsində
"Nyukasl" - "Qarabağ": baş hakim o olacaq
Musiala rekordçu oldu
Bu dəstəyin cəzası 54 min avro oldu - Video
"İmişli" - "Şamaxı": Heyətlər açıqlandı
“Real” rəhbərliyi Arbeloadan da narazıdır
Keyn: “Barselona”nın marağını kompliment kimi qəbul edirəm”
"Mançester Siti" "Nyukasl"a belə qalib gəldi - Video
Millimizin üzvü Erediviziyada növbəti oyuna çıxdı
Messinin də komandası uduzdu, Nərimanın da
964-ə çatdı, uğuru ərəb milli geyimində qeyd etdi - Video
"Qalatasaray"ın gözlənilməz məğlubiyyəti - Video
“Qarabağ”la oyunöncəsi məğlubiyyətə belə şərh verdi
"Nyukasl" "Mançester Siti"yə uduzdu
"Bavariya"dan qələbə, "Borussiya"dan heç-heçə
Azərbaycan millisindən möhtəşəm qol - Video
"Qalatasaray" səfərdə məğlub oldu
"Ronaldo ilə eyni klubda oynamaq istəyərdim"
"Bavariya"nın futbolçusu sıradan çıxdı