"Oyun haqda geniş danışmaq istəmirəm. Hər bir komponentdə “Sabah”a uduzduq. Komanda meydana çıxanda sanki artıq hazır deyildi, qorxurdu. Durum o yerdədir ki, qalan oyunları birtəhər yola verməliyik".
QOL.az xəbər verr ki, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 16-cı turunun "Sabah"la matçından (0:4) sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırarkən əvvəlcə komandasının ümumi problemlərindən danışıb.
- “Turan Tovuz”la matçdan sonra böyük problemlərimiz var. Oyunçu qıtlığını deyirəm. Artıq üçüncü oyunçumuz əməliyyata yollanacaq. Rotasiya üçün böyük heyətimiz yoxdur. Problemlərimiz çoxdur. David Qomis də olmayacaq. İki oyunu başa vurmalıyıq. Yəqin ki, transferlər edəcəyik. 16 turda ilk dəfə idi ki, birinci hissəni belə keçirirdik. Heç vaxt belə olmamışdı. Komandadan, nəticədən və oyunumuzdan narazıyam. Futboldur da, dünyanın axırı deyil ki. Hər komandada eniş olur. Bizdə də həmin eniş gedir. İki oyunu uğurla başa vurmaq istəyirik. 4-5-ci yerlərdəyik. Artıq ehtiyatımız qalmayıb. İtkilərə baxmayaraq, qarşıdakı iki oyuna və kubok matçına hazırlaşmalıyıq.
- Komandanın belə duruma düşəcəyini ehtimal edirdiz?
- “Turan Tovuz”la matçdan sonra itkilərimiz var. Rotasiya üçün oyunçumuz yoxdur. İki Qomis, iki Pedro, iki Ramalinqomumuz yoxdur. Gözləyirdim ki, nə vaxtsa komanda enişə gedəcək. Çox çətin durumdayıq. Dünyanın axırı deyil. Bütün bunlara baxmayaraq, biz heç nədən əl çəkmirik. Həmişə sözümü tutan adam olmuşam. Yanvardan sonra daha yaxşı “Səbail” görəcəksiniz. Sadəcə çempionatın son iki oyununu uğurlu başa vurmalıyıq ki, yanvardan sonra həmin yerdə qalaq. Fasilədən sonra yaxşı yerlərə gedib çıxacağıq.
- Yeni transferlər axtarışlarına başlamısız? Danışıqlar var?
- Var. İndiki halda çox çətindir yaxşı futbolçu tapmaq. Seleksiya şöbəsi var, hər gün 3-4 oyunçuya baxırıq. Bizə uyğun oyunçu olmalıdır. Bu gün 2-3 mövqeyə futbolçu axtaracağıq ki, səhv etməməliyik. İki oyunçu götürüb, birində səhv edəcəyiksə...20-30 faiz itki deyil, amma 50 faiz böyük itkidir. David Qomisin sıradan çıxması transfer məsələlərini daha da aktivləşdirməyimizə səbəb olacaq. Çalışacağıq ki, ən yaxşılarını seçək.
- Paltardəyişmə otağında futbolçularla danışığınız daha çox çəkdi. İradlarınız var idi, yoxsa oyunçuları motivasiya edirdiniz?
- Hər ikisi var idi. Dünyanın bütün liqalarında hər komanda 5-6 turluq enişə gedir. Hansı komandanın ehtiyat skamyası genişdirsə, enişdən minimum itki ilə çıxacaq. Futbolçulardan sakitləşmələrini xahiş etdim. Maksimum iki oyunumuz qalıb. Ona hazırlaşmalıyıq. Bu oyunları yüksək səviyyədə keçirməliyik ki, məğlubiyyət unudulsun. Bu məğlubiyyət də unudulacaq. Dözməli və səbr etməliyik. Təzyiqlərə tab gəlməliyik. Təcrübəmiz, təmkinimiz çatacaq ki, bu üç oyunu yaxşı nəticə ilə keçirək. Dedimsə, demək belə olacaq.
- David Qomisin durumu hansı yerdədir?
- İlkin məlumat odur ki, çarpaz bağları qopub. Amma sabah MRT müayinəsindən sonra dəqiq bilinəcək.
"Milan"Leaunu itirdi
“Qarabağ” uduzdu, “Neftçi”dən böyükhesablı qələbə
"Neftçi"nin futbolçusu mükafatlandırılıb
"Hiss olunur ki, çempionatımız güclənib" - Orxan Məmmədov
Alman klubu Ayxan Abbasovdan nə xahiş edib?
"Kəpəz" "Qarabağ"a belə qalib gəldi - Video
"Qarabağ" bizdən qat-qat üstün idi" - Azər Bağırov
"Neftçi" - "İmişli": Heyətlər açıqlandı
"Zirə"nin iki legioneri Ruanda millisinə çağırıldı
Valverde ilə yollar ayrılacaq - Rəsmi
"Sumqayıt"ın iki legioneri milliyə dəvət aldı
Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşdi
Mourinyunun köməkçisi dünyasını dəyişdi
"Kəpəz" - "Qarabağ": Heyətlər
Azərbaycan millisinin heyəti açıqlandı
Duran Kolumbiya millisinə çağırılmadı
Asim Xudiyevə UEFA-dan növbəti təyinat
İspanya millisinin DÇ-2026 üçün forması - Şəkillər
"Liverpul"dan ayrıla biləcək 6 futbolçu
Rəşad Sadıqov AFFA-ya söz atdı - Video
2-ci liqada daha 6 oyunun vaxtı məlum oldu
FİFA İsrail Futbol Assosiasiyasını cərimələdi
Avroliqada bütün 1/4 finalçılar müəyyənləşdi
Konfrans Liqasında 1/4 finalçılar bəlli oldu
"Real"ın ən yaxşı futbolçusu seçildi
İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü
Flik Qavinin milliyə çağrılmasına qəzəbləndi