“Bilirdik ki, bu, bizim üçün çox vacib oyundur. Çünki turnir cədvəlində “Qəbələ” ilə qonşuyduq. Hardasa 6 xallıq oyun demək olardı. Odur ki, matça çox ciddi hazırlaşmışdıq”.
Qol.az xəbər verir ki, bu sözləri “Kəpəz”in yarımmüdafiəçisi Georgi Papunaşvili Misli Premyer Liqasının 16-cı turunda səfərdə “Qəbələ”ni 3:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
Maçtdan sonra jurnalistlərin suallarını cavablandıran gürcü futbolçu vurduğu qollardan daha çox komandasının qələbəsinin vacib olduğunu söyləyib: “Çox şadam ki, qalib gəldik. Eləcə də vurduğum qollarla komandamın qələbəsində pay sahibi olduğum üçün xoşbəxtəm. Artıq önümüzə baxmalı, növbəti matçları düşünməliyik”.
O, rəqibin azlıqda qalmasının işlərinə yaradığını bildirib: “Təbii ki, rəqibin azlıqda qalması işimizi asanlaşdırdı. Düzdür, qırmızı vərəqəyə qədər də hesabda öndə idik. Lakin azlıqda qaldıqdan sonra rəqib daha çox boşluqlar verməyə başladı ki, bu da işimizə yaradı. Daha rahat oynadıq və 3:0 hesablı qələbə qazandıq. Onu da deyim ki, dördüncü, beşinci qolları da vura bilərdik. Bir qədər dəqiqlik çatmadı”.
Papunaşvili bir müddət əvvəl “Kəpəz”dəki baş məşqçi dəyişikliyinə də toxunub: “Yeni məşqçinin gəlişi yeni oyun fəlsəfəsi deməkdir. Biz birlikdə irəliləməyə çalışırıq. Məşqlərdə səylə çalışırıq. Hələ çox şey üzərində işləməliyik. Lakin “Qəbələ” üzərində qələbə göstərdi ki, düzgün yoldayıq. Çünki biz çətin səfər matçında çox gözəl oyun sərgilədik. Hər kəs meydanda vuruşurdu. İnanıram ki, əziyyətimizin bəhrəsini gələcək oyunlarla da görəcəyik”.
“Qəbələ” ilə matçda 2 qolan vuran 28 yaşlı yarımmüdafiəçi daha yaxşısına qadir olduğunu qeyd edib: “Hər zaman demişəm ki, uğur qazanmaq üçün komanda oyunu lazımdır. Çünki dəstək olmasa, qol vurmaq, yaxud məhsuldar ötürmə vermək qeyri-mümkündür. Biz birlikdə irəliləməliyik. O ki qaldı performansıma, bu, əsl Papunaşvili deyil. Mən daha yaxşısına qadirəm”.
“Kəpəz”in üzvü növbəti turda qarşılaşacaqları “Sumqayıt”la matçdan da danışıb: “Bizim üçün hər oyun vacibdir. Hazırkı tempi qoruyub saxlamalıyıq. Düşünürəm ki, Sumqayıt səfərində də “Qəbələ”yə qarşı oynadığımız kimi oynasaq, bu cür döyüşsək, həmin səfərdən də 3 xalla qayıda bilərik. Bütün komanda olaraq mübarizə aparmalıyıq. Bunu bacarsaq, qələbənin ardı gələcək”.
"İmişli"də ayrılıq
Salah yenə ön planda
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video
"İmişli"də yeni məşqçi təyinatları
Mundialla vidalaşacaq 3-cü komanda bilindi
Almaniyanın geridönüşü - Video
15 seyv etdi, matçın ən yaxşı oyunçusu seçildi
"İkinci Zubir olmaq istəyirəm" - Jali Muaddib
Almaniyadan möhtəşəm geridönüş
La Liqaya vəsiqə qazanan son komanda da bilindi
Niderland İsveçi bu qollarla darmadağın etdi - Video
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı