“Oyundan öncə planımız o idi ki, qələbə qazanaq. Biz də başa düşürdük ki, sonuncu pillədən qurtulmaq üçün qələbə önəmlidir”.
Qol.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 16-cı turunda “Kəpəz”ə 0:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.
O, problemin komandasında olduğunu bildirib: “Həftəlik tsikldə də futbolçuların istəkli olduğunu görürdük. Sadəcə, oyun istədiyimiz kimi alınmadı. İlk dəqiqələrdən düşündüyümüz tempi də görmədik. Problem özümüzdədir. Rəqibə qələbə qazanmaq üçün hər şansı verdik. Onlar da bundan istifadə etdi”.
Baş məşqçi bildirib ki, rəqib “Qəbələ”nin səhvlərindən sonra aktiv olurdu: “Çempionat ortasıdır. İstək daha da yüksəlməlidir. Rəqibin də qələbəsinə kölgə salmaq istəmirəm. Bizim səhvlərdən sonra “Kəpəz” aktiv olurdu. Dayandığımız yerdə səhvlər baş verirdi. Ona görə də, deyirəm ki, səhv özümüzdədir. Özümüz bəzi şeyləri düzəltməliyik ki, daha yaxşı olaq”.
Baxşıyev məğlubiyyətə görə məsuliyyəti üzərinə götürüb: “Problem məndədir ki, komanda uduzur. Bu komandaya cavabdeh şəxs mənəm. Hər məsələyə açığam. Rəhbərlik də komandanı gücsüz görürsə, “Qəbələ” üçün ən yaxşısını etməyə hazıram”.
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda