Son günlər AFFA-nın Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərlə danışıqlar aparmasına dair xəbərlər artmaqdadır.
Xüsusən Türkiyə mediasında bir neçə yerli mütəxəssisin, o cümlədən Şenol Günəşin AFFA ilə müzakirələrə başladığına dair iddialar yayılıb. Qol.az saytı məsələyə aydınlıq gətirmək üçün AFFA-nın mətbuat xidmətinə müraciət edib.
Həmçinin oxuyun: Yeni baş məşqçi yerli mütəxəssis olacaq? - AFFA-dan açıqlama
Mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli müxbirimizə bildirib ki, hazırda AFFA heç bir məşqçi ilə danışıqlar aparmır. Millinin növbəti oyununun martda olacağını söyləyən qurum rəsmisi deyib ki, ona kimi kifayət qədər vaxt var.
E.Məmmədli bildirib ki, milli komandanın baş məşqçisi məsələsi ilə AFFA-nın yaradacağı İşçi qrup məşğul olacaq: "İşçi qrupla bağlı yaxın günlərdə rəsmi açıqlama verəcəyik".
Qeyd edək ki, ötən ay jurnalistlərə açıqlama verən AFFA-nın baş katibi Sərxan Hacıyev bildirib ki, İşçi qrupu millinin baş məşqçi vəzifəsinə namizədləri nəzərdən keçirəcək. Onun sözlərinə görə, İşçi Qrupda AFFA İcraiyyə Komitəsindən və böyük ehtimalla kənardan şəxslər təmsil olunacaq: “Onlar tərəfindən baş məşqçi vəzifəsi ilə bağlı təkliflər veriləcək. Hər bir amil detallı şəkildə nəzərə alınaraq və analiz olunaraq İcraiyyə Komitəsində müzakirəyə çıxarılacaq və qəti qərar veriləcək".
Ramiq Ağaməmmədov
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda