Məlum olduğu kimi, "Qarabağ" ardıcıl üçüncü dəfə Avropa kuboklarında pley-off mərhələsini təmin edib.
Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda Bakıda "Hekken"lə (İsveç) görüşünün nəticəsindən asılı olmayaraq ən azı Konfrans Liqasının 1/16 final mərhələsində oynamaq hüququ əldə edib. Lakin Qurban Qurbanovun komandası qalib gələcəyi halda Azərbaycan futbolu tarixində ilk dəfə Avroliqanın pley-off mərhələsinə adlayacaq. Paralel keçiriləcək qrupun "Bayer" (Almaniya) - "Molde" (Norveç) qarşılaşmasında qonaqların uduzması və ya heç-heçə etməsi də "Qarabağ"ın xeyrinə işləyə bilər. Birinci halda son oyunda məğlubiyyət, ikinci halda isə heç-heçə belə Ağdam təmsilçisini Avroliqada 1/16 finala çıxaracaq.
Qeyd edək ki, hazırda qrup lideri "Bayer"in 15, "Qarabağ" və "Molde"nin 7, "Hekken"in isə 0 xalı var. Şəxsi oyunlardakı üstünlüyə görə Azərbaycan çempionu Norveç təmsilçisini qabaqlayır.
1/16 finalda "Qarabağ"ın matçına daha böyük marağın olacağı istisna deyil. Bəs, bu halda Ağdam təmsilçisi azarkeş marağını nəzərə alaraq ev oyununu Respublika stadionunda deyil, Bakı Olimpiya Stadionunda keçirə bilərmi?

Klubun direktoru Emrah Çelikel Qol.az saytının bununla bağlı sualını cavablandırıb. Onun dediyinə görə, hazırda avrokuboklar üçün komandanın məkanı Tofiq Bəhramov adına Respublika stadionudur. E.Çelikelin sözlərinə görə, sözügedən stadionun ot örtüyünüdə problem olmadığı müddətdə arenanı dəyişmək fikirləri yoxdur.
Qeyd edək ki, pley-off mərhələsinin oyunları 2024-cü ilin fevral ayında keçiriləcək.
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda