Misli Premyer Liqasının növbəti turunda “Zirə” ilə qarşılaşacaq “Araz-Naxçıvan”ın üzvü Aksel Nqando hazırlıq və komandadakı vəziyyətlə bağlı klubun mətbuat xidmətinə danışıb.
QOL.az fransalı yarımmüdafiəçinin müsahibəsini təqdim edir.
- “Zirə” ilə oyuna hazırlıq necə gedir?
- Oyunun əhəmiyyətini başa düşürük. Ən yüksək səviyyədə hazırlaşırıq. Məşqlərdə çalışırıq ki, məşqçinin verdiyi tapşırıqları maksimum dərəcədə icra edək, özümüzü ən yaxşı tərəfdən göstərək. Bilirik ki, oyun asan olmayacaq. Rəqibimiz turnir cədvəlinin üst sıralarındadır. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
- Rəqibin oyununu izləmisənmi?
- Əlbəttə, izləmişəm. Azərbaycana gələndən sonra ilk oyunum “Zirə”yə qarşı olub. Yaxşı komandadır, xüsusilə də müdafiədə etibarlı oynayırlar. İndiyə qədər cəmi 8 qol buraxıblar. Yenə deyirəm, bizim üçün vacib oyundur. Çünki son 4 matçda qələbə qazana bilməmişik.
- Müdafiə xəttinin etibarlı oyununu qabartdın. Yarmaq mümkün olacaqmı?
- Hətta uduzduğumuz oyunlar daxil bütün matçlarda qol vurmaq üçün şanslarımız olub. “Zirə ilə görüşdə də bu imkanımız olacaq, yaradacağıq. Əsas məsələ həmin anda onu realizə etməkdir. İnanıram ki, bacaracağıq. Oyuna tam köklənməliyik.
- “Səbail”lə oyunun son saniyələrində əldən verilən qələbə komanda üzvlərinə psixoloji baxımdan mənfi təsir edə bilərmi?
- Son saniyədə qol buraxmağımız bizi təəccübləndirdi. Halbuki daha çox qol vura və meydandan 3 xalla ayrıla bilərdik. Rəqibdən daha yaxşı çıxış etmişdik. Futbolda bu cür hal ilk dəfə deyil, bundan əvvəl də olub, sonra da olacaq. Heç kim heç nədən sığortalanmayıb. Konsantrasiyamızı növbəti oyuna qorumalıyıq. “Zirə”yə qarşı son matçdakı kimi oynasaq, qələbə qazana bilərik.
- “Səbail”lə oyundan sonra Numan Kurdiç komanda yoldaşlarına nə dedi?
- Səhvinə görə (avtoqol müəllifi olub - red) hər kəsdən üzr istədi. Bilərəkdən edilən hərəkət deyildi. Böyük səhv olsa da, biz onu başa düşürük. Hər birimiz bu situasiya ilə qarşılaşa bilərik. Futbol səhvlərlə doludur.
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi