“Çətin oyun olacağını bilirdik. Turnir cədvəlində aşağı pillələrdə qərarlaşmasına baxmayaraq, “Qəbələ” heç də zəif rəqib deyil. Ona görə bu matça yaxşı hazırlaşmışdıq. Rəqibi yaxşı analiz etmişdik. Çox şükür ki, istədiklərimizi meydanda reallaşdırdıq və qələbə qazandıq”.
Bu sözləri QOL.az saytına açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Toral Bayramov Misli Premyer Liqasının 15-ci turunda “Qəbələ” üzərində qazanılan qələbəni (3:0) şərh edərkən deyib.
O, növbəti turda “Sumqayıt”a qarşı keçirəcəkləri matçın çətin keçəcəyini söyləyib: “Artıq sabahdan qarşıdakı matçın hazırlıqlarına başlayacağıq. “Sumqayıt” hazırda yaxşı formadadır. Səhv etmirəmsə, neçə turdur uduzmurlar. Odur ki, bizi maraqlı və gərgin oyun gözləyir”.
22 yaşlı futbolçu öz çıxışına qiymət vermək istəməyib: “Öz oyunum haqda fikir bildirməyim düzgün olmaz. Daha yaxşı olar ki, məşqçilər və kənardan izləyənlər bu barədə danışsınlar”.
Toral Bayramov Elvin Cəfərquliyevlə rəqabətdən də söz açıb: “Heyətlə bağlı qərarı baş məşqçi verir. Mən maksimum dərəcədə üzərimi düşəni edirəm. Elvinlə meydandan kənarda çox yaxşı münasibətimiz var. Amma baş məşqçi kimə şans verirsə, o da meydana çıxır. Hər ikimiz bacardığımız qədər komandaya faydalı olmağa çalışırıq”.
“Qarabağ”ın futbolçusu ötən həftə UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Molde”yə qarşı keçirdikləri matça da toxunub: “Rəqib çox güclü idi. “Molde” öz meydanında çox yaxşı çıxış edir. Hava amili də oyunumuza təsir göstərdi. Çox şükür ki, yekunda hesab 2:2 oldu. Bizə sərf edən nəticə qazandıq”.
O, Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda “Hekken”lə keçiriləcək matçda meydanda daha çox mübarizə aparmalı olduqlarını vurğulayıb: “Hər oyuna olduğu kimi, bu matça da ciddi hazırlaşacağıq. Mütləq qalib gəlib, azarkeşlərimizi sevindirməliyik. Bilirəm ki, bu matça çox böyük maraq var. Bizim üçün vacib görüşdür. Qalib gəlmək üçün daha çox vuruşmalı, daha çox qaçmalı və daha istəkli olmalıyıq. Yalnız bu halda istəyimizə çata bilərik. “Hekken”in hazırda xalı yoxdur. Onlar da bizi büdrətmək üçün əllərindən gələni edəcəklər. Lakin hər şey öz əlimizdədir. Şansımızı qaçırmamalıyıq”.
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi