Azərbaycanın gənclərdən ibarət millisinin üzvü olmuş, hazırda Ukraynanın "Polesye" klubunda çıxış edən Emil Mustafayev Ukraynanın xsport.ua saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Vaxtilə Azərbaycanın gənclərdən ibarət milli komandasında oynamağı qəbul etmişdiniz. Bu qərarınıza görə peşman deyilsiniz ki?
- Atam istədiyi üçün Azərbaycanda oynamaq arzusunda idim. Ruslan Petroviç məni öz komandasına dəvət edəndə mən artıq Azərbaycanın gənclərdən ibarət yığmasında oynamışdım Ona görə də bir komandadan digərinə keçmək düzgün olmazdı.
- Milli komandadan təklif gəlmişdimi? Federasiya ilə danışığınız olmuşdu?
- Hələ mən "Aleksandriya"da olarkən danışıqlar var idi. İndi isə sakitlikdir.
- Ukrayna millisi ilə hekayənizə son qoymağınız üçün hələ tez deyil?
- Ukrayna millisinə dəvət min ildə bir dəfə ola bilər. Əgər təklif gəlsə, mən dəqiq imtina etməyəcəyəm. Mən burada böyümüşəm.
- Azərbaycanda əvvəllər "Minay"da çıxış etmiş Anatoli Nuriyev və Rüstəm Əhmədzadəyə qarşı münasibət necədir?
- Mən onlarla o qədər də yaxından ünsiyyət qurmuram. Əhmədzadə mütəmadi olaraq milliyə dəvət alır. Rüstəm isə kifayət qədər yaxşı vəziyyətdədir.
- Bu yaxınlarda Azərbaycanın və Ukraynanın gənclərdən ibarət milli komandaları Avro-2025-in seçmə mərhələsində üz-üzə gəliblər. Keçmiş komanda yoldaşlarınız arasından fərqləndirə biləcəyin oyunçu varmı?
- Bir neçə maraqlı futbolçu var. Məsələn, qapıçı Rüstəm Simaqulin və kapitan Fərid Yusiflini qeyd edə bilərəm.
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi