"Bu qərar mənə "Barselona"dan qisas almağa imkan verdi"

"Bu qərar mənə "Barselona"dan qisas almağa imkan verdi"
DÜNYA FUTBOLU 5 Dekabr 2023 / 12:46 5628
-  A +

Uruqvaylı hücumçu Luis Suares "Atletiko"da oynaması ilə bağlı xatirələrini bölüşüb.

QOL.az "İnfobae"yə istinadən xəbər verir ki, o, Madrid təmsilçisinə keçidinin sabiq klubu "Barselona"dan qisas almasına imkan verdiyini deyib:

"İçimdən bir səs mənə "Atletiko"ya getməli olduğumu söylədi. Sonradan bu qərar mənə "Barselona"dan qisas almağa imkan verdi. La Liqada Suaresin hələ də var olduğunu hər kəsə göstərə bildim"  .

Qeyd edək ki, Luis "Atletiko"da 2 mövsümdə (2020/2021,2021/2022) 83 matçda 34 qol vurub və 5 qolun ötürməsini verib.


Qarabağ FK
Son xəbərlər
27.10.26  10:27

30 il sonra...

27.10.26  02:13

PSJ ilin klubu seçildi

topaz banner