“Oyun bizim üçün yaxşı keçdi, uğurlu alındı. Hətta deyə bilərəm ki, ikinci hissədə daha yaxşı idik. Bütün çətinliklərə baxmayaraq, bu oyunda qələbə qazana bildik və buna görə çox şadam”.
QOL.az xəbər verir ki, bu sözləri “Neftçi”nin hücumçusu Andre Şinyaşiki Misli Premyer Liqasının 15-ci turunda “ Zirə” üzərində qazanılan 1:0 hesablı qələbəni şərh edərkən deyib.
Həmçinin oxuyun: "Azarkeşlərin narazılığı haqlıdır" - Adrian Mutu
Braziliyalı futbolçu qələbəyə baxmayaraq, azarkeşlərin nazarazılığına belə münasibət bildirib: “Azarkeşlər həmişə qələbəyə layiqdirlər. Onların qəzəbini başa düşürəm. Hazırda yaxşı çıxış etmədiyimiz üçün fanatlar narazılıqlarını bildirirlər. Amma onları “Zirə” ilə matçda sevindirə bildiyimiz üçün xoşbəxtəm. Həm 3 xal, həm də qələbə çox vacib faktdır".
26 yaşlı forvard qeyd edib ki, qazanılan 3 xal məhz fanatlara həsr olunur: “Onlar möhtəşəm idilər. Biz daim fanatları sevindirmək istəyirik. Ötən turda da qələbə qazanmağa çox yaxın idik. Təəssüflər olsun ki, alınmadı. Ona görə də bu qələbə onlar üçündür”.
Şinyaşiki qol vura bilməməsindən də söz açıb: "Neftçi"də çox oyunçu Rəhman kimi fərqlənmək istəyir. Mən də bu baxımdan öz üzərimdə işləyirəm. İnkişaf edib daha çox qol vurmalıyıq. Fərdi olaraq təkcə mən yox, komandada hər kəs fərqlənib qol sayını artırmaq üçün çalışmalıdır. Bunun üzərində işləyirik”.
Komandanın 9 nömrəsi qeyd edib ki, “Zirə” üzərində qazanılan qələbə mövsümün qalan hissəsində "Neftçi"nin daha yaxşı performans göstərməsinə kömək edəcək: “Biz məşqlərdə çox ciddi hazırlaşırıq. Öz üzərimizdə dayanmadan çalışırıq. Komanda üçün, azarkeşlər üçün ən yaxşısını etməyə cəhd göstəririk”.
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi