"Komandama təşəkkür etmək istəyirəm. Çox keyfiyyətli oynadıq. İstəməzdik ki, uduzaq. Qələbəyə köklənmişdik".
QOL.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 15-ci turunda bu gün səfərdə "Neftçi"yə uduzduqları oyundan (0:1) sonra mətbuat konfransında deyib.
O, minimal hesablı məğlubiyyəti belə şərh edib: "Bilirdik ki, qələbə bizə üstünlük yarada bilər. Risk etmək olardı. Çoxsaylı hücumlar etdik, oyuna nəzarət bizdə idi. Rəqibin yeganə təhlükəli epizodunda... Heç təhlükəli epizod da deyildi. Rəhmanın başla qol vurmasını nadir hallarda görürük. Yeganə hücumları qolla nəticələndi. Biz qol epizodları yaratdıq, amma top qapı xəttindən keçmək istəmirdi. Bu oyunu inkişaf etdirsək, mövsümün sonunda uğurlu nəticə əldə edə bilərik. Komandamın inkişafı məni sevindirir".
R.Sadıqov hücum xəttindəki çatışmazlıqlardan danışıb: "Hər komanda istəyər ki, heyətdə hər oyun fərqlənən oyunçu olsun. İmkanlara uyğun komanda qurmuşuq. Narazı deyiləm. Amma hamı istəyər ki, fərqli oyunçular gətirib, heyəti genişləndirsin. Bu gün isə buna imkan yoxdur".
Baş məşqçi görüşün baş hakimi İnqilab Məmmədovun idarəçiliyi ilə bağlı da fikir bildirib: "Nəticəyə təsir edən səhvlər olmadı. Sadəcə, Ruan Renatoya sarı kart verildi. Növbəti oyunu buraxacaq. Əvəzetmə hazırdır, baş hakim "Neftçi"nin oyunçusu ilə danışır. Bunların nəticəyə təsiri yoxdur. Amma xoşagəlməz məqamlardır. Futbolçuları və məşqçiləri də gərginləşdirir.
Ümumi götürsək, bu mövsüm nəticəyə təsir edən epizodlar az olub. Amma məsələn, Pyer Zeblinin qırmızı vərəq epizodu var idi, orada qırmızı yox idi. “Qəbələ”də penaltimiz verilmədi. Amma hakimlərin işinə gəldikdə, həmişə dürüst olmuşam. Bu mövsüm hakimliyin yaxşılaşdığını düşünürəm. Şəxsi fikrim odur ki, hakimliyin səviyyəsi qalxıb".
R.Sadıqov "Zirə" ilk dəqiqələrdən daha çox pressinqlə, daha maraqlı oynaya bilər?" sualını belə cavablandırıb: "Olar. Hücum futbolunu xoşlayıram. Müdafiəçi olsam da, belədir. Hər hansı passiv oynamaq göstərişimiz olmur. Oyunun əvvəlində komandaya daha diqqətli oynamağı tapşırıq veririk. Dəqiqələr ötdükcə çalışırıq ki, hücumlarımızı artıraq. Bu gün də birinci hissədə biz daha təhlükəli idik. Futbol taktiki oyundur. Şəraiti düzgün qiymətləndirmək lazımdır. "Neftçi" ilə oyunda 90 dəqiqə planda olmalıyıq, planı pozsaq, mən başda olmaqla, ağılsızlıq olar. Düşünürdüm ki, oyunun gedişatı fərqli olacaq, "Neftçi" irəli atılacaq. Daha təhlükəli tərəf biz idik".
R.Sadıqov "Neftçi"nin futbolçusu Yeqor Boqomolskini qış transfer dönəmində icarəyə götürmək barədə müzakirə aparacaqlarını qeyd edib.
Argentina millisi Avstriyaya qalib gəldi
FİFA hakimləri aşağı liqaya göndərildi
Cənubi Koreya yığmasından radikal qərar
Messi dünya çempionatları tarixinin ən yaxşı bombardiri oldu
Demiçelis bu klubu çalışdıracaq
"İmişli" yeni hücumçu transfer etdi
“Zirə”nin “Torpedo” ilə oyunları: harada və nə vaxt?
“Sabah” - TNS oyunlarının vaxtı açıqlandı
“Qarabağ”ın Avroliqadakı oyunlarının vaxtı müəyyənləşdi
Gənc ulduzun uğur tilsimi davam edir
İtaliya Futbol Federasiyasının yeni prezidenti bəlli oldu
Argentina - Avstriya matçının heyətləri açıqlandı
"Mançester Yunayted" yeni stadion tikir
"Ronaldo əvəzlənməyi qəbul etməlidir"
"Nə etməli olduğumuzu bilirik"
Millimizin gələcək hədəfləri müzakirə olundu
Azərbaycan millisi İngiltərəyə rəqib oldu
Qazaxıstan millisində baş məşqçi istefası
“Qarabağ”ın heyətində kimlər yer alıb? - Siyahı
Alman futbolçu üçün mundial erkən başa çatdı
Uruqvay - Kabo-Verde matçı mundialların tarixinə düşdü
Azərbaycan millisi Tacikistanla qarşılaşacaq
"Qarabağ" iki qapıçı ilə yolları ayırdı - Rəsmi
18 yaşında mundialın ən dəqiqidir
Dokunu tənqid edən aparıcı işdən çıxarıldı
Marko Yankoviç “Qarabağ”da qalır!
Salah Misir millisinin tarixinə düşdü
"İmişli"də ayrılıq
"Sabah"ın rəqibləri məlum oldu
Messinin ən böyük heykəli hazırlandı - Video
"Araz-Naxçıvan"dan növbəti transfer
AFFA rəsmisi UEFA-dan 8 oyuna təyinat aldı
TFF prezidentindən Montellaya dəstək
Uruqvay qələbəni bu cür əldən verdi - Video
“Turan Tovuz”a görə məyus oldum” - Ruan Renato
"Qarabağ" Avstriyaya yollandı
Fatih Terimdən azarkeşlərə müraciət
Salah yenə ön planda
Yankoviç Superliqa klubunun maraq dairəsinə düşüb
İspaniyanın böyükhesablı qələbəsi - Video
Belçikadan qol buraxmadı, matçın ən yaxşısı seçildi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri